DÜNYA

Bu iki Avropa ölkəsi vergilərlə bağlı yeni saziş bağladı
09 FEVRAL
105

Bu iki Avropa ölkəsi vergilərlə bağlı yeni saziş bağladı

2019-02-09 11:53:00

Fins.az-ın məlumatına görə, Portuqaliya hökuməti öz rəsmi bülletenində 2019-cu il yanvarın 1-dən Finlandiya ilə imzalanmış vergi sazişinin qüvvədən düşdüyünü təsdiqləyib. İki ölkə arasında 1970-ci ildə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişin keçən ilin iyun ayında ləğv edildiyi barədə Finlandiya hökuməti tərəfindən də açıqlama verilib. Finlandiyanın mövqeyinə görə, həmin müqavilə hökumətin vergi sazişləri ilə bağlı qüvvədə olan siyasətlərinə uyğun deyil. Açıqlamada bildirilib ki, saziş Finlandiya vətəndaşlarının Portuqaliyada aldıqları fərdi pensiyaları vergiyə cəlb etmək hüquqlarını məhdudlaşdırır. "Sazişin pozulması ilə bağlı qərar Finlandiya vergi orqanlarına Portuqaliyada yaşayan vətəndaşların fərdi pensiyalarından vergi tutmasına şərait yaradır", - hökumətin açıqlamasında qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255