DÜNYA

Avropa İttifaqından İranla bağlı təəccübləndirən addım
09 FEVRAL
363

Avropa İttifaqından İranla bağlı təəccübləndirən addım

2019-02-09 10:49:00

"Avropa İttifaqının (Aİ) İranla ticarətə dair xüsusi mexanizmi olan İNSTEX tərəflər arasında ticarət əlaqələrini yoluna qoymağa yardım edəcək". Fins.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “RT Arabic”ə müsahibəsində bildirib. Nazir gələcəkdə həmin mexanizmə qeyri-Avropa ölkələrinin də qoşulacağını istisna etməyib. “Bu mexanizm hər iki tərəfdən ticarət nümayəndələri arasında təmas qurduğumuzdan, həmçinin İranla Avropa arasında ticarət əlaqələrini bərpa etdiyimizdən əvvəl yalnız ilkin mərhələdir. Plana görə, mexanizmin fəaliyyət miqyası sonradan genişləndiriləcək. Məsələn, Aİ üzvü olmayan ölkələr, həmçinin bir çox mal növləri, o cümlədən sanksiyalar altındakılar da oraya daxil ediləcək”, - deyə iranlı nazir qeyd edib. Bundan əvvəl Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İranla hesablaşmaların müştərək mexanizminin yaradılmasını bildirmişdilər. İlk dövrdə İNSTEX-nin əczaçılıq və kənd təsərrüfatı məhsulları, tibbi avadanlıq kimi, İran xalqı üçün daha əhəmiyyətli malları əhatə edəcəyi vurğulanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır