DÜNYA

Bu ölkədə neft hasilatı rekord həddə çatıb
08 FEVRAL
327

Bu ölkədə neft hasilatı rekord həddə çatıb

2019-02-08 23:05:00

Qazaxıstan energetika naziri Kanat Bozumbayev bildirib ki, 2018-ci ildə ölkədə yanacaq və enerji sektorunun fəaliyyəti rekord səviyyəyə çatıb.Fins.az əbər verir ki, Qazaxıstan cari yarımildə Mərkəzi Asiya ölkələrinə neft məhsullarının ixracına başlamağı planlaşdırır. “Neft istehsalı ölkəmizin tarixində görünməyən həddə çataraq 90 milyon 360 min ton olub ki, bu da 2017-ci illə müqayisədə 4,8 faiz çoxdur, - deyə K.Bozumbayev bildirib. O deyib ki, bu rəqəm “Kaşaqan” (13,2 milyon ton), “Tengiz” (28,6 milyon ton) və “Karaçaqanak” (12,2 milyon ton) yataqlarından hasil olunan neftin artması ilə əlaqədardır. Nazir bu il 89 milyon ton neftin hasil edilməsinin planlaşdırıldığını vurğulayıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257