DÜNYA

Yaponiya ilə Rusiya arasında yeni qalmaqal
08 FEVRAL
279

Yaponiya ilə Rusiya arasında yeni qalmaqal

2019-02-08 15:32:00

1945-ci ildə Amerikanın Hiroşimaya hücumundan iki gün sonra İosif Stalin Yaponiyaya müharibə elan edib və sovet qoşunları Yaponiyaya məxsus ərazilərə hücum ediblər.Fins.az xəbər verir ki, Rusiyanın 1885-ci ildən Kuril adalarını Yaponiya torpaqları kimi tanımasına baxmayaraq, rus qoşunları cənub Kuril adalarını ələ keçiriblər.

Bu gün bu adalarda yaşayan, əksəriyyəti Nemuroda məskunlaşan təxminən 6 min sakin “furusato” – “vətən” həsrətindədir. 1956-cı ildə SSRİ ilə imzalanan, ölkələr arasında diplomatik münasibətlərin bərpa edilməsinə imkan yaradan saziş ən yaxın iki adanın (ən kiçik) Xabomai və Şikotanın Yaponiyaya geri qaytarılmasına gətirib çıxarmalı idi. Lakin sənədin bu hissəsi yerinə yetirilməyib, SSRİ ilə Yaponiya isə formal sülh sazişi imzalamayıb. Hər yay mövsümündə Rusiya bu adalarda anadan olan və əcdadları orada dəfn edilən yapon vətəndaşlarına Kunaşir boğazı ilə ora səfər etməyə icazə verir. Ruslar bu boş adalarda demək olar heç bir iz qoymayıblar. Bu adalarda dünyaya gələn yaponların sayı azaldıqca, saziş əldə etmək ehtimalı da azalır. Cəmi 10 il öncə yapon millətçiləri iki kiçik adanın geri qaytarılması ilə barışmazdı. Bu gün belə bir nəticə əsl zəfər kimi görünür.

Bir yapon vətəndaşı adaların geri qaytarılmasını özünün əsas missiyalarından birinə çevirib. Həmin şəxs ölkənin baş naziri Sindzo Abedir (Shinzo Abe). Bir millətçi kimi o, Yaponiyanın hərbi keçmişinin yara yerlərindən qurtulmağa çalışır. Bundan başqa, onun xarici işlər naziri vəzifəsində çalışan atası və baş nazir postunu tutan babası “Şimal torpaqları”nın geri qaytarılması üzərində böyük səy göstəriblər.

Bu, Sindzo Abenin Vladimir Putinlə münasibətdə yürütdüyü təbəssüm diplomatiyasına aydınlıq gətirir. Yanvarda Moskvada onların sayca 25-ci görüşü baş tutub. Və cənab Abe yenidən evə əliboş qayıdıb. O, Rusiyanın Uzaq Şərq federal dairəsinə investisiya və “birgə suverenlik” kompromisi ilə bağlı söz vermək də daxil olmaqla hər şeyi sınaqdan keçirib.

Abe Tokioya geri qayıdan kimi dərhal iyunda Osakada keçiriləcək “Böyük iyirmiliy”in zirvə toplantısında 26-cı görüş barədə söz-söhbət gəzməyə başlayıb. Ancaq Rusiya daxilində Putinin nüfuzu ölkə ərazisinini başqalarına paylamağa deyil, onu artırmağa əsaslanıb. Ola bilsin, Putin 2014-cü il Krım ilhaqından sonra reytinqi ən yüksək səviyyəyə çatanda saziş imkanını nəzərdən keçirib, ola bilsin, Böyük Vətən Müharibəsinə rəsmi şəkildə son qoyan liderə çevrilmək ideyası onun xoşuna gəlib. Amma bu gün qeyri-populyar pensiya islahatı, ölkə əhalisinin real gəlirlərinin aşağı düşməsi və sosial sferada xərclərin məhdudlaşdırılması onun populyarlığına mənfi təsir göstərir.  Ultramillətçilər Kuril adaları ilə əlaqədar artıq ona hücuma keçməyə hazırlaşırlar. 2021-ci ildə öz postunu tərk edəcək Abeyə gəldikdə, o xahiş edib ki, siyasi irsini ilk növbədə “Şimal torpaqları” problemini hansı yolla həll edəcəyi ilə qiymətləndirsinlər. Beləliklə, Abenin irsi böyük buzlaqların arasına düşərək “bata bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262