DÜNYA

Putindən Türkiyəyə sanksiyalarla bağlı yeni qərar
07 FEVRAL
1254

Putindən Türkiyəyə sanksiyalarla bağlı yeni qərar

2019-02-07 18:13:00

Fins.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin ləğv olunması haqqında fərman imzalayıb.Sənədin nüsxəsi Rusiyanın rəsmi hüquq informasiya portalında dərc olunub. Məlumata əsasən, bu fərmanla Rusiyaya ezamiyyətə gələn Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunub. Bundan başqa, sənədə görə, Türkiyənin analoji qərarı qəbul edəcəyi təqdirdə, türkiyəli yük maşını sürücülərinin viza almasına lüzum qalmayacaq. Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər çərçivəsində bu ölkə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266