DÜNYA

Makedoniya NATO-ya qəbul olundu
06 FEVRAL
144

Makedoniya NATO-ya qəbul olundu

2019-02-06 16:27:00

Bütün NATO dövlətləri Şimali Makedoniya Respublikasının alyansa qəbul olunması üzrə protokolu imzalayıb.

Bu barədə NATO baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mərasimdən sonra öz “Twitter” hesabında yazıb.

Stoltenberqin sözlərinə görə, protokolun imzalanması tarixi bir gündür və Makedoniyanın təşkilatın sıralarına daxil edilməsi bütün regionun təhlükəsizlik səviyyəsini artıracaq, onun inkişafına vəsilə olacaq

“NATO baş qərargahı qarşısında 30 bayrağın dalğalanacağı günü səbirsizliklə gözləyirəm”, - deyə baş katib əlavə edib.

Qeyd edək ki, protokolun imzalanmasından sonra NATO-nun 29 üzv dövləti həmin sənədi ölkə səviyyəsində ratifikasiya etməli olacaq. Buna qədər isə Makedoniya alyansda “dəvət olunmuş üzv” statusunu daşıyacaq.

Xatırladaq ki, Makedoniyanın NATO-ya üzvlüyünə ölkənin bu yaxınlarda Yunanıstanla uzun illərin münaqişəsini çözməsi təkan verib. 2019-cu ilin yanvar ayında hər iki dövlətin parlamentləri Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsinə dair razılığa gəlib.

Bu arada, Stoltenberq Şimali Atlantika alyansının növbəti sammitinin 2019-cu ilin dekabr ayında Londonda keçiriləcəyini elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267