DÜNYA

Kosovo ərazisinin bir hissəsini Serbiyaya verir
06 FEVRAL
173

Kosovo ərazisinin bir hissəsini Serbiyaya verir

2019-02-06 15:50:00

Kosovo Priştina ilə Belqrad arasında yekun sülh sazişinin bağlanması müqabilində ərazisinin bir hissəsini Serbiyaya güzəştə gedəcək. 

Fins.az-ın məlumatına görə, bu barədə Kosovonun hökumət başçısı Haşim Taçi Vaşintqonda Beynəlxalq əlaqələr üzrə Şurada keçirilən debatda bildirib.

“Yekun sülh sazişinin qəbul olunması üçün sərhədlərdə cüzi dəyişikliyin aparılması lazım gəlirsə, bu, məqbul olmalıdır”, - deyə Taçi bildirib.

Onun sözlərinə görə, strateji əhəmiyyət kəsb edən ərazilər və obyektlərin qarşı tərəfə təhvil verilməsi nəzərdə tutulmur. Taçi buna Qazivod su anbarını, Kosovska-Mitrovitsa şəhərini və şəhərin yaxınlığında yerləşən “Trepça” sənaye kompleksini misal göstərib.

“Kosovo və Serbiya arasında razılaşmanın əldə olunması prosesi heç də asan olmayacaq. Ancaq bu, gərginlik və münaqişənin qayıtmaması üçün yeganə çıxış yoludur”, - deyə Taçi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267