DÜNYA

Venesuela hökuməti Kolumbiya ilə sərhəddə humanitar yardıma çıxışı bağlayıb
06 FEVRAL
151

Venesuela hökuməti Kolumbiya ilə sərhəddə humanitar yardıma çıxışı bağlayıb

2019-02-06 11:44:00

Venesuela ordusunun hərbi qulluqçuları humanitar yardımın ölkəyə gətirilməsinin qarşısını almaq üçün Kolumbiya ilə sərhəddə körpünü bağlayıb.

Fins.az "İnterfaks"a istinadən xəbər verir ki, Venesuela müxalifətinin nümayəndələri Kolumbiyanın Kukuta şəhəri ilə Venesuelanın Urenya şəhəri arasındakı sərhəd körpüsünün avtosistern və yük konteyneri ilə bağlandığını bildiriblər.

Yardımın çatdırılmasının koordinatoru özünü ölkənin müvəqqəti prezidenti elan etmiş, müxalifətyönümlü parlamentin sədri Xuan Quaydodur.

Qeyd edək ki, fevralın 14-də Vaşinqtonda Venesuelaya humanitar yardımın toplanması ilə bağlı beynəlxalq konfrans keçirilməlidir.

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin kimdənsə nəsə istəməyəcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267