DÜNYA

Kembric Universiteti milyarder məzunundan rekord məbləğdə ianə alıb
05 FEVRAL
129

Kembric Universiteti milyarder məzunundan rekord məbləğdə ianə alıb

2019-02-05 17:22:00

Fins.az-ın məlumatına görə, Kembric Universitetinin məzunu, Britaniyalı milyarder Devid Hardinq doğma təhsil müəssisəsinə rekord məbləğdə - 100 milyon funt-sterlinq ianə köçürüb. Həmin məbləğin 79 milyon funt-sterlinqi ən istedadlı tələbələrin təqaüd xərclərinin ödənilməsinə sərf olunacaq (bu vəsaitin 25 milyon funt sterlinqi Hardinqin təhsil aldığı “St Catherine`s College” kollecinin aspirantlarına veriləcək), qalan vəsait isə tələbələrə dəstək fəaliyyətlərinə sərf olunacaq.

Qeyd edək ki, Kembric universitetində təbiət elmləri üzrə təhsil alan Devid Hardinq investisiyaların idarə olunması üzrə “Winton” kompaniyasının yaradıcısı və rəhbəridir. O və həyat yoldaşı Böyük Britaniyada və dünyanin digər ölkələrində fəaliyyət göstərən elmi institutların dəstəklənməsinə yönələn filantrop fəaliyyətləri ilə məşhurdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259