DÜNYA

"Sərt Brexit"ə görə turizm sahəsində 700 minədək insan işsiz qala bilər
05 FEVRAL
93

"Sərt Brexit"ə görə turizm sahəsində 700 minədək insan işsiz qala bilər

2019-02-05 15:09:00

Böyük Britaniyanın Avropa İtrtifaqını (Aİ) tərk etməsi nəticəsində Dumanlı Albionda və Aİ üzv ölkələrində turizm sahəsində çalışan 700 minədək insan işsiz qala bilər.

Fins.az xəbər verir ki, bu barədə Dünya Turizm və Səyahətlər Şurasının (DTSŞ) (World Travel & Tourism Council - WTTC) hesabatında bildirilir.

Belə ki, hesabata görə, "Brexit" sərt variantda, yəni sonrakı əlaqələri tənzimləyən saziş imzalanmadan baş tutacağı təqdirdə Böyük Britaniyanın turism sektorunda təqribən 308 min iş yeri, Aİ ölkələrində isə 400 minədək iş yeri təhlükə altına düşəcək.

Bu proqnozunu Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən tərtib edən DTSŞ-nin prezidenti və baş icraçı direktoru Qloriya Gevara "Sərt Brexit"in dünyada beşinci turizm iqtisadiyyatına malik Böyük Britaniyanın ÜDM-nin 10,5 faizini, məşğul əhalinin isə 11,6 faizini əhatə edən bu sektorunda “dramatik fəsadlar”a səbəb olacağını, Aİ və Böyük Britaniyanın məcmu iqtisadi zərərinin 40 milyard avro təşkil edəcəyini bildirib.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259