DÜNYA

ABŞ-ın bu ştatında siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək
05 FEVRAL
155

ABŞ-ın bu ştatında siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək

2019-02-05 03:24:00

Fins.az-ın məlumatına görə, ABŞ-ın Havay ştatının qanunverici orqanı olan Leqislatura 2024-cü ilə qədər yaşı 100-dən aşağı olan şəxslərə siqaret satışını tədricən qadağan edən qanun layihəsini nəzərdən keçirir.Məlumata görə, siqaret satışı mərhələli şəkildə yaşı 100-dən çox olanlara şamil ediləcək.

Yeni qanun layihəsi növbəti ildə siqaretin 30 yaşa qədər olan şəxslərə satışını nəzərdə tutur. Hər sonrakı illərdə siqaretlər ancaq yaşı 40-a, 50-yə və 60-a qədər olan şəxslərə satılacaq. Beləliklə, 2024-cü ildə siqaretləri ancaq 100 yaşlı şəxslər ala biləcək.

Qeyd edilir ki, Havayda tütün satışını nizamlayan ən ciddi qanunlar qüvvədədir. Havay 2016-cı tütünün satışı yaşını 21-ə qədər artıran ilk Amerka ştatı olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262