DÜNYA

Dünyanın 10 ən böyük bankı hansılardır?-FİNS
05 FEVRAL
194

Dünyanın 10 ən böyük bankı hansılardır?-FİNS

2019-02-05 10:12:00

Fins.az dünyanın ən nüfuzlu və böyük bankları barədə məlumatı bölüşür. Dünyada müəyyən qədər nüfuz və aktivlərinin həcminə görə liderlik edən bankları barədə fikirlərini bölüşən iqtisadçı-ekpert Rauf Qarayev bildirib ki, "Dünyanın 10 ən böyük bankı sırasında ən yükəsək reytinqdə Çin banklarıdır. Birinci sırada Industrial and Commercial Bank of China aktivi 4009 milyardır. 2,3,4 yerdə də Çin bankları qərarlaşıb. 4 bankın ümumi aktivlərin məbləği 13635 milyard dollardır. 5 yerdə Yaponiya, 6-cı yerdə ABŞ, 7-ci yerdə İngiltərə, 8-ci yerdə Fransa, 9-cu yerdə ABŞ,10-cu yerdə Fransa bankı yerləşir. Bundan əlavə ABŞ 2, Yaponiyanın 3, Fransanın 2, Almaniyanın 1, İspaniyanın 1, İngiltərənin 1 bankı var ki, istənilən vaxt 10-luğa daxil ola bilər. Dünyanın 100 ən reytinqli bank sırasına Azərbaycandan heç bir bank düşə bilməyib. Keçmiş SSSRİ 15 respublikalarında yalnız Rusiyanın 1 bankı bu siyahıda yer ala bilib. Dünyada 100 ən reytinqli bank sırasına Çin 18 bankla başçılıq edir. 2. ABŞ 12. 3. Yaponiya 8 bankla ilk 3-lükdə qərarlaşıb"

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266