DÜNYA

İraq Küveytə böyük məbləğli təzminat ödəyəcək
04 FEVRAL
220

İraq Küveytə böyük məbləğli təzminat ödəyəcək

2019-02-04 21:18:00

Fins.az-ın məlumatına görə,İraq 1990-1991-ci illərdə Küveytə qanunsuz hərbi müdaxiləyə və ölkənin işğalına, eləcə də bununla əlaqədar ayrı-ayrı fərdlərə, şirkətlərə, Küveytdəki hökumət və beynəlxalq təşkilatlara verdiyi zərər və vurduğu ziyana görə qarşı tərəfə 300 milyon dollar ödəyib. Bu barədə Küveytin "Al-Rai" qəzeti yazıb. İraq ödənişləri 1991-ci ildə BMT Təhlükəsizlik Şurasına hesabat verən qurum kimi yaradılan BMT-nin Təzminat Komissiyası (UNCC) vasitəsilə edir. 2018-ci ilin aprel ayında Bağdad İraqdakı çətin vəziyyətlə əlaqədar 2014-cü ilin oktyabrından etibarən dayandırılmış Küveytə ödənişləri bərpa edərək 90 milyon dollar ödəyib. UNCC-nin məlumatına görə, İraq həmin vaxt Küveytə artıq 47,9 milyard dollar ödəmişdi və qalıq borc 4,5 milyard dollar təşkil edirdi. Bağdad hər üç aydan bir 300 milyon dollar ödəməlidir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262