DÜNYA

Çin Venesueladakı investisiyalarını necə qoruyacaq?
04 FEVRAL
104

Çin Venesueladakı investisiyalarını necə qoruyacaq?

2019-02-04 20:53:00

Fins.az-ın məlumatına görə, investisiya həcminə görə Rusiyanı geridə qoyan Çin artıq çoxdandır Venesuela rejiminin əsas kreditoruna və investoruna çevrilib. Lakin Moskvadan fərqli olaraq Pekin sadəcə indiki prezidentə bel bağlamır, müxalifət də daxil olmaqla müxtəlif qüvvələrlə əlaqə qurur. Temur Umarov “Karnegi Moskva Mərkəzi” üçün yazır. Məqalədə deyilir ki, Nikolas Maduro (Nicolas Maduro) rejimi devrilsə, ən böyük itki ilə üzləşənlərdən biri Çin olacaq. Pekinin on milyardlarla dolları risk altındadır. Ümumilikdə ölkə ÇXR banklarından 50 milyard dollar kredit (başqa məlumatlara görə bu rəsəm 62,2 milyard dollardır) və daha 21 milyard dollarlıq investisiya alıb. Birgə layihələrin sayı isə 790-a çatıb. Müəllif xatırladır ki, Çin ilə Venesuelanın yaxınlığı 18 il öncə başlayıb. Əvvəlcə Çin rəhbərliyi Venesuelada siyasi risk səviyyəsini yüksək qiymətləndirib. Lakin 1994-cü ildə Çin böyük neft istehlakçısına çevrilib. Neft idxal etməyə başlayan Pekin Yaxın Şərq tədarükçülərindən asılılığı və Malakka boğazından həssas dəniz marşrutu idxalını azaltmağa çalışıb. Nəticədə belə bir mövqe üstünlük təşkil etməyə başlayıb ki, ölkənin enerji təhlükəsizliyi naminə solçu pokovnik ilə əməkdaşlıq etmək olar və lazımdır. ÇXR vətəndaşları üçün viza rejiminin ləğv edilməsi sayəsində bu ölkəyə genişmiqyaslı miqrasiyası (2010-cu ildə 130 min nəfər) Çinin Venesuelada özünü nə qədər rahat hiss etməsinin sübutu olub. Müəllif əməkdaşlığın hər iki tərəfə sərfəli olduğunu yazır. Venesuela ABŞ-dan daha çox uzaqlaşa (2005-ci ildə 35 illik hərbi münasibətləri dayandırıb, 2008-ci ildə isə səfiri geri göndərir), Çin isə iqtisadi artım üçün lazım olan enerji daşıyıcılarının tədarükünü diverfikasiya edə bilib. Uqo Çavesin (Hugo Chavez) vəfat etməsindən sonra rejimin əsas fiqurlarının təsirini saxladığına əmin olan Çin birinci şəxsin dəyişməsinə baxmayaraq, Venesuelaya vəsait yatırmağa davam edib. Maduro hakimiyyətə gəldikdən sonra Çin İnkişaf Bankı və İxrac-İdxal Bankı Venesuelaya daha 20 milyard dollar pul ayırıb. Təəccüblü deyil, axı ölkə ÇXR-ə xam neft ixrac edən əsas on tədarükçü siyahısında düşüb. Etiraz ab-havasının artmasına reaksiya verən Pekin “rəqəmsal diktatura” sahəsində Venesuela ilə əməkdaşlıq etməyə başlayıb. Hərbi sahədə münasibətlər də fəallaşıb: 2013-cü ildən Venesuela Çindən 354 milyon dollar dəyərində silah alıb. Rəsmi olaraq Çin Maduro rejimini dəstəkləyir, hərçənd ABŞ-ı legitim prezidenti devirmək cəhdlərində ittiham etməyə tələsmir. Rəsmi Karakasın nümayişkaranə dəstəyinə baxmayaraq, Pekin strateji cəhətdən əhəmiyyətli bu ölkədə hakimiyyət dəyişikliyini nəzərə alaraq ən azı bir neçə ildir “B” planı hazırlayır. Çinin qeyri-rəsmi nümayəndələri ilə Venesuela müxalifətçilərinin 2016-cı ildə baş tutan görüşləri bunu sübut edir. Qeyd edək ki, həmin müxalifətçilər indi özünü ölkənin müvəqqəti lideri elan edən parlament spikeri Xuan Quaidonu (Juan Guaido) dəstəkləyirlər. Elə həmin il Ümumçin Xalq Nümayəndələri Məclisi ilə birgə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası Venesuelada “Ədalət uğruna” sosial-liberal partiyanın həmtəsisçisi Xulio Borxesi (Julio Borges) rəsmi olaraq Çinə dəvət edib. Borxes görüşdə Venesuela qarşısında duran problemlərdən bəhs edib. KİV-in verdiyi məlumata əsasən, Çin səfiri Çjao Bentan (Zhao Bentang) müxalifət liderləri ilə təkbətək görüş keçirib. Halbuki Venesuela hökuməti xarici diplomatlardan rejimin düşmənləri ilə görüşməməyi tələb edib. Umarov Çinin Latın Amerikasında öz mövqelərini möhkəmlətmək üçün Venesuelanın vacib iqtisadi tərəfdaş və meydan olduğunu hesab edir. Lakin regionda Maduro rejiminin demək olar yekdilliklə qəbul edilmədiyini nəzərə alsaq, Pekin radikal addımlar atmamağa çalışır. Bura Venesuelaya muzdlular və ya gah nağd pul, gah qızıl çıxarmaq üçün anlaşılmaz təyyarələr göndərmək də daxildir. Müəllifin sözlərinə görə, Venesuela böhranında Çinin davranış şəklinə, şübhəsiz, ABŞ ilə ticarət əlaqələri təsir edir. Bu isə Maduronun taleyindən, hətta Çin layihələrinin Venesuelada saxlanılmasından daha vacib məsələdir. Və əgər ABŞ müxalifət liderini dəstəkləmək qərarına gəlibsə, ÇXR buna görə Vaşinqtonu çox tənqid etməyəcək. Pekin Trampın komandası ilə ticarət danışıqları aparmasa da, son dərəcə ehtiyatlı davranacaqdı. Rusiyanın yürütdüyü xarici siyasətdən fərqli olaraq, Çin xarici siyasətində “düşmənimin düşməni mənim dostumdur” prinsipinə deyil, praqmatizmə əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255