DÜNYA

Prezidentliyə daha bir namizəd
04 FEVRAL
200

Prezidentliyə daha bir namizəd

2019-02-04 13:57:00

Nyu-Cersi ştatından senator Kori Buker 2020-ci il seçkilərində ABŞ Prezidenti vəzifəsinə namizədliyini irəli sürməyi qərara alıb. Bu barədə “The View” telekanalı məlumat yayıb.

Mənbə qeyd edib ki, 49 yaşlı demokrat Buker “The View” telekanalına müsahibəsində qərarını belə əsaslandırıb: “Amerika vətəndaşları bu dövlətin onların rifahı naminə işləmək qabiliyyətinə inamı itirirlər, insanlar özlərini aldadılmış kimi hiss edir və o, prezident seçiləcəyi təqdirdə ölkədə bu meyilləri dəyişəcək”. Qeyd edilir ki, Kori Buker Kaliforniyadakı Stenford Universitetini bitirib. 1998-2002-ci illərdə Nyu-Cersi ştatının Nyuark şəhər şurasında işləyib və o vaxtdan siyasi fəaliyyətlə məşğul olur. 2006-cı ildə Nyuark şəhərinin meri seçilən Buker 2013-cü ilə qədər həmin vəzifədə çalışıb. 2013-cü ildə demokrat Frenk Lauternberqin vəfatından sonra keçirilən xüsusi seçkilərdə senator seçilib. Əgər Buker 2020-ci il seçkilərində qalib gələrsə o, Barak Obamadan sonra Ağ evə rəhbərlik edəcək ikinci Afrika mənşəli amerikalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır