DÜNYA

Qətər ABŞ-a sərmayə yatırımını 45 milyard dollara çatdıracaq
14 YANVAR
122

Qətər ABŞ-a sərmayə yatırımını 45 milyard dollara çatdıracaq

2019-01-14 09:27:00

 Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.

Fins.az xəbər verir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib.

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollarinvestisiya yatırıb.

"Söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir <...> biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik", - deyə "Reuters" onun sözlərini sitat gətirib.

Agentlik qeyd edir ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 mlrd. dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264