DÜNYA

Fövqəladə vəziyyət rejimi ardıcıl altıncı dəfə uzadılıb
14 YANVAR
61

Fövqəladə vəziyyət rejimi ardıcıl altıncı dəfə uzadılıb

2019-01-14 09:26:00

Misirin Nümayəndələr Palatası (parlament) bazar günü ardıcıl 6-cı dəfə prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyətinin daha 3 ay müddətinə uzadılması barədə fərmanını təsdiq edib.

Fins.az xəbər verir ki, bu barədə "Al Youm As Sabi" portalı məlumat yayıb.

Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində kamikadzelər tərəfindən ölkənin Tanta və İskəndəriyyə şəhərlərində yerləşən iki kilsədə törədilən terror aktlarından sonra tətbiq edilib. Həmin zaman 45 nəfər həyatını itirmiş, 120-dən çox insan isə yaralanmışdı. Hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254