DÜNYA

Qətər ABŞ-a sərmayə yatırımını 45 milyard dollara çatdıracaq
13 YANVAR
207

Qətər ABŞ-a sərmayə yatırımını 45 milyard dollara çatdıracaq

2019-01-13 22:52:00

Qətər İnvestisiya Fondu Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.Fins.az “Report”a istinadən xəbər verir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib. Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollar investisiya yatırıb. "Söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik", - deyə "Reuters" onun sözlərini sitat gətirib. Agentlik qeyd edir ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 mlrd. dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266