DÜNYA

Onlardan biri Dünya Bankının prezidenti ola bilər
12 YANVAR
317

Onlardan biri Dünya Bankının prezidenti ola bilər

2019-01-12 12:50:00

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Xeyli və dövlət başçısı Donald Trampın qızı İvanka Dünya Bankının prezidenti postuna namizəd ola bilərlər. Fins.az-ın xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazır. Onlardan başqa, adları hallanan digər iki namizəd maliyyə nazirinin beynəlxalq işlər üzrə müavini Devid Malpassa və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Mark Qrindir. Maliyyə Nazirliyi mümkün namizədlərin adları ilə bağlı sorğunu cavablandırmaqdan imtina edib. Dünya Bankı yeni prezidenti aprelə qədər seçməyi planlaşdırır. Qeyd edək ki, hələ yanvarda Dünya Bankının prezidenti Cim Yon Kimin öz postunu təcili tərk edəcəyi məlum olmuşdu. Fevralın birindən onun səlahiyyətləri bankın baş icraçı direktoruna keçəcək. Ənənəyə əsasən, DB-nin prezidenti ABŞ vətəndaşı olmalıdır. Belə ki, ABŞ bankın ən iri səhmdarıdır. Prezident beş illik seçilir və yenidən seçilmək şansı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264