DÜNYA

İqtisadiyyatına görə dünyada liderlik edən dövlət
11 YANVAR
154

İqtisadiyyatına görə dünyada liderlik edən dövlət

2019-01-11 15:14:00

Fins.az "Bloomberg"ə istinadən məlumat verir ki, 2030-cu ilədək dünyanın qabaqcıl iqtisadiyyatına çevriləcək on ölkədən yeddisi, çox güman, bu gün inkişaf etməkdə olan bazarlar olacaq. Britaniyanın “Standard Chartered Plc” şirkəti yeni uzunmüddətli proqnozlarında alıcılıq qabiliyyətinin pariteti nəzərə alınmaqla ümumi daxili məhsul , valyutaların mübadilə məzənnələri və nominal ÜDM səviyyəsi üzrə dünya ölkələrinin reytinqində köklü dəyişikliklər edib. Proqnozlardan birinə əsasən, 2020-ci ilədək Çin ən böyük iqtisadiyyata çevriləcək. Bu barədə “Bloomberg” agentliyi xəbər verir.

Böyük ehtimalla, həmin dövr ərzində Hindistan iqtisadiyyatının həcminə görə ABŞ-ı qabaqlayacaq, İndoneziya isə dünyanın ən qabaqcıl beş iqtisadiyyatı cərgəsinə qoşulacaq.

“Artımla bağlı uzunmüddətli proqnozlarımız bir əsas prinsipə əsaslanıb: perspektivdə dünya ÜDM-də ölkələrin payı onların dünya əhalisindəki payına uyğun gəlməlidir ki, bu da inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında adambaşına düşən ÜDM konvergensiyasından asılıdır”, - Devid Mannın başçılığı altında şirkət iqtisadçıları bildirib.

Proqnozlara əsasən 2020-ci ilədək Hindistanda trend artım 7,8%-dək sürətlənəcək. Çində isə artım 2030-cu ilədək 5%-dək azalacaq. Bu da ölkə iqtisadiyyatının ölçülərini nəzərə alsaq, təbii enişin əksi olacaq. 2010-cu ildə 20% nəticə nümayiş etdirən Asiyanın dünya ÜDM-dəki payı ötən il 28%-ə çatıb. Çox güman, 2030-cu ilədək bu göstərici 35%-ə çatacaq və avrozona ölkələri ilə ABŞ-ın birgə payına uyğun gələcək.

“Standard Chartered Plc” şirkətinin iqtisadçılarının gəldiyi digər nəticələri diqqətinizə çatdırırıq.

— İnkişaf etməkdə olan bazarlarda islahat tempinin aşağı düşməsi məhsuldarlıq artımına mənfi təsir göstərəcək;

— İqtisadiyyatın pul kütləsi ilə doldurulmasını nəzərdə tutan monitar-kredit siyasətinin yumşaldılma dövrünün sona çatması məhsuldarlıq artımı tendensiyalarında islahatların keçirilməsi, onların aktivləşdirilməsi məqsədilə iqtisadiyyata təzyiqin artırılması anlamına gələ bilər;

— Orta təbəqə dönüş mərhələsindədir və 2020-ci ilədək dünya əhalisinin böyük bir hissəsi bu gəlir səviyyəsi qrupuna daxil olacaq. Urbanizasiya və təhsil nəticəsində orta təbəqənin artması Çin də daxil olmaqla bir çox ölkədə əhalinin sürətlə qocalma tendensiyasına neqativ təsirə imkan yaratmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256