DÜNYA

Qeyri-dəqiq statistika yaponlara baha başa gəlib
11 YANVAR
169

Qeyri-dəqiq statistika yaponlara baha başa gəlib

2019-01-11 14:49:00

Yaponiyanın Əmək Nazirliyi, 20 ildən artıq bir müddət ərzində qeyri-dəqiq statistikanı dərc edərək, 20 milyon insanın zərər almasına səbəb olub. 

Yaponiyada 19,73 milyondan çox insan, təqribən 53,7 milyon yen (və ya $497 milyon) ala bilməyib. Bunun səbəbi isə Əmək Nazirliyinin və Səhiyyə Nazirliyinin 20 ildən çox bir müddət ərzində qeyri-dəqiq məlumatları dərc etməsi olmuşdur.

Qeyd edildiyi kimi, statistikada qeydi-dəqiqliyə hələ 1996-cı ildən başlayaraq yol verilməyə başlayıb. Bu, işçilərə verilən ödəmələrə əsaslı şəkildə təsirini göstərib. Nazirlik bildirib ki, bu məsələ ilə bağlı zərər çəkmiş hər bir kəsə çatışmayan vəsaitlər qaytarılacaqdır.

Qeyri-dəqiqlik ucbatından Yaponiya, 2019-cu maliyyə ilinə aid büdcə layihəsini yenidən nəzərdən keçirməli olacaq. Maliyyə ili aprelin 1-dən başlayacaq.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263