DÜNYA

Böyük Britaniya “torba vergisi” ikiqat artırılır
11 YANVAR
196

Böyük Britaniya “torba vergisi” ikiqat artırılır

2019-01-11 14:42:00

Xalq arasında “torba vergisi” adlandırılan bu verginin tətbiqinə qədər britaniyalılar ildə orta hesabla adambaşına 140 plastik paket işlətdikləri halda, verginin tətbiqindən sonra bu göstərici 19-a enib.

Banker.az bildirir ki, Böyük Britaniya hökuməti ətraf mühitin qorunması tədbirləri çərçivəsində plastik torbalar üçün tutulan vergini 10 pensə qaldırmağı planlaşdırır. Bu torbalar üçün verginin tətbiqinə 2015-ci ildə başlanılıb və hazırda hər torba üçün vergi 5 pens (11 qəpik) təşkil edir.

Böyük Britaniyanın ətraf mühit naziri Maykl Houv deyib: “Biz indiyədək dövriyyədən 15 milyard plastik torba çıxarmışdıq və bunu davam etdirmək istəyirik”.

© Vergilər qazeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263