DÜNYA

Belarus ABŞ diplomatlarının sayına məhudiyyəti aradan götürüb
11 YANVAR
120

Belarus ABŞ diplomatlarının sayına məhudiyyəti aradan götürüb

2019-01-11 12:17:00

Belarus hökuməti ölkədə işləyə biləcək amerikalı diplomatların sayına olan məhdudiyyəti ləğv edib.

Fins.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı ABŞ Dövlət Departamentindəki mənbələrinə istinadən yazıb.

Qəzetin məlumatına görə, Belarusun xarici işlər naziri Vladimir Makeybu qərar barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçelli məlumatlandırıb.

"Bu, böyük addımdır, buzları əritmənin başlanğıcıdır", - mənbə bildirib.

Nəşrdə qeyd olunub ki, bu qərar Belarus və ABŞ arasındakı əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb ola bilər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263