DÜNYA

Almaniya aeroportlarında TƏTİL - Yüzlərlə reys təxirə salınıb
10 YANVAR
195

Almaniya aeroportlarında TƏTİL - Yüzlərlə reys təxirə salınıb

2019-01-10 13:08:00

Almaniyanın bir neçə hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının tətili ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb.

Fins.az-ın məlumatına görə, tətillər Ştutqart, Düsseldorf və Köln aeroportlarında başlayıb.

Qeyd olunur ki, Düsseldorfda 350, Kölndə 130 reys təxirə salınıb. Ştutqartda isə 500-ə yaxın reysin ləngiyəcəyi bildirilir.

Bildirilir ki, tətil bu gün gecəyarısınadək davam edəcək və ümumilikdə 110 minə yaxın sərnişinə təsir edəcək.

Tətil keçirən təhlükəsizlik əməkdaşlarının tələbi əməkhaqqının artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263