DÜNYA

Pasportlar. Onlar haqqında bilmədiyimiz 13 fakt
10 YANVAR
185

Pasportlar. Onlar haqqında bilmədiyimiz 13 fakt

2019-01-10 11:30:00

Səyahət üçün ən vacib sənəd – pasport. Bəziləri üçün onlar səyahətə qapı açan və dünyanı kəşf etmək imkanı yaradan dəyərli və ya çətinliklə əldə edilən sənəd olduğu halda, bəziləri üçün dünya sakinlərinin azad hərəkətinin qarşısını alan baryerdir.

Neçə dəfə pasportunuzun müddətinin səyahət üçün etibarlı olduğunu yoxlamısınız?

İlin bu vaxtı yəqin ki, milyonlarla insan bunu edir.

Hal-hazırda pasportlar isti siyasi mövzudur.

Onlara səyahətə qapı açan və kəşf etmək imkanı yaradan dəyərli sənəd və ya dünya sakinlərinin azad hərəkətinin qarşısını alan baryer kimi qiymət verilir.

Bu yazıda səyahət etmək üçün xüsusi sənədin yaranma tarixi və onun dəyərini anlamaq üçün bəzi bilmədiyiniz faktlarla tanış olacaqsınız.

1. Şimal İşıqlarını görə bilərsiniz… və ya Skandinaviya pasportları

Skandinavlar Çiimal Qütb İşıqları olmadan yola düşmürlər
Skandinavlar Çiimal Qütb İşıqları olmadan yola düşmürlər
Fotonun müəllifi GETTY IMAGES

Əgər bir Skandinaviya pasportunu ultrabənövşəyi işıq altına tutsanız, kağızda Şimal Qütb İşıqlarını əks etdirən əlvan izlər görərsiniz

2. İlk pasport Müqəddəs Kitabda (Əhdi-Cədid) olub

Tattered pages of a 300 years old book
Tattered pages of a 300 years old book
Fotonun müəllifiGETTY IMAGES – Öncə qədim kitablar olub

Nehemiah kitabında Fars padşahı I Artaxerxes, Yəhudeyadan sağ-salamat keçmək üçün bir rəsmi vəzifəli şəxsə məktub vermişdi.

3. Pasportlar üzərinə şəkillər I Dünya Müharibəsindən sonra vurulub

Passport photo
Passport photo
Fotonun müəllifiGETTY IMAGES – Bir vaxtlar pasporta şəkillər tələb olunmayıb

Pasportlar üzərinə şəkillər Birinci Dünya Müharibəsi başladıqdan sonra vurulmağa başlanıb.

Buna səbəb, saxta ABŞ pasportu ilə Britaniyaya girə bilən alman casusu olub.

4. Arıqlamısınız? Yeni pasport əldə edin

A young couple taking a selfie, they are using a moustache prop
A young couple taking a selfie, they are using a moustache prop
Fotonun müəllifiGETTY IMAGES/ Belə şəkillər pasporta yaramır

ABŞ-da arıqladıqdan və ya kökəldikdən, üzdə əməliyyat etdirdikdən və ya üzə döymə, yaxud pirsinq vurdurub-sildirdikdən sonra, pasportu dəyişdirmək məcburiyyəti mövcuddur.

5. Pasportda xoşagəlimli görünmək üçün ailəvi fotolardan da istifadə olunub

Antique photograph of group of Singhalese
Antique photograph of group of Singhalese
Fotonun müəllifi- GETTY IMAGES

Əvvəllər pasport üçün istədiyin şəkili göndərə bilərdin. Hətta, ailəvi şəkillər də qəbul olunurdu.

6. Pasportunuzu etibarlılıq müddəti bitməmişdən altı ay əvvəl yeniləyin

Close up to passport pages with visa stamps and dates
Close up to passport pages with visa stamps and dates
Fotonun müəllifi – GETTY IMAGES

Səyahətə çıxmamışdan əvvəl, pasportunuzun etibarlılıq müddətini yoxlayın.

Bəzi ölkələr pasportun oraya daxil olduqdan sonra, 90 gün etibarlı olacağına əhəmiyyət verir. Bir çox Avropa ölkələrində belədir.

Amma ən yaxşısı özünüzü riskə atmamaqdır: altı ay əvvəldən dəyişin. Çin, İndoneziya, Rusiya, Səudiyyə Ərəbistanı və başqa ölkələr bunu tələb edirlər.

Bu sizə hansısa ölkədə ilişib, qalmamaq üçün lazım ola bilər.

7.Avstraliyaya Queensland-dən daxil olmaq üçün pasporta ehtiyac yoxdur…

Friends holding the world
Friends holding the world
Fotonun müəllifi – GETTY IMAGES

Bunun üçün Papua Yeni Qvineyada yerləşən xüsusi seçilmiş doqquz sahil kəndindən birinin sakini olmaq lazımdır.

Papua Yeni Qvineya azadlıq əldə edən zaman sazişin bir hissəsi olaraq pasportsuz daxil olmaq üçün xüsusi razılaşma əldə edilib.

8. Vatikanın xüsusi miqrasiya yoxlanış xidməti yoxdur

General view of the Vatican at sunset, with people and motorbikes in the foreground
General view of the Vatican at sunset, with people and motorbikes in the foreground
Fotonun müəllifi – GETTY IMAGES/ Görəsən Vatikanda 1 nömrəli pasport kimə məxsusdur?

Vatikanda heç bir yoxlanış xidməti yoxdur, lakin Papa 1 nömrəli Vatikan Pasportuna sahibdir.

9. Əksər amerikalıların ümumiyyətlə pasportu yoxdur

US passport and airline tickets
US passport and airline tickets
Fotonun müəllifi – GETTY IMAGES

ABŞ Dövlət Departamentinə əsasın, 321 milyon 362 min 789 Amerika vətəndaşından yalnız 121 milyon 512 min 341 nəfərinin pasportu var.

10. Tonqa pasportları satarmış

Tonga passport
Tonga passport
Fotonun müəllifi – GETTY IMAGES / Tonqa pasportları satarmış

Tonqada pasportlar 34 min manata (20 min dollar) satılarmış.

Bu Polineziya suveren dövlətinin keçmiş kralı IV Taufa’ahau Tupou-nun Tonqa pasportlarını vətəndaş olmayan şəxslərə sataraq, ölkənin gəlirini artırdığı deyilirdi.

11. Fin və Sloveniya pasportları cırtdan-kitaba bənzəyirlər

An 1800s small hand-held flip-book device - using a lever to flip over separate pictures to give the illusion of movement. Each filoscope contained a hundred or so frames reproduced from a professional film,
An 1800s small hand-held flip-book device - using a lever to flip over separate pictures to give the illusion of movement. Each filoscope contained a hundred or so frames reproduced from a professional film,
Fotonun müəllifi GETTY IMAGES – Kitabçanı vərəqləyəndə təsvirlər hərəkət etməyə başlayır

Əgər aeroportda gözləməkdən yorulmusunuzsa və Finlandiya və Sloveniya pasportunuz varsa, əyləncəli vaxt keçirə bilərsiniz.

Pasportunuzun vərəqlərini sürətlə irəli sürüşdürün və aşağı səhifələrdəki təsvirlər hərəkət edən şəkil əmələ gətirəcək.

12. Nikaraqua pasportunda dəyişiklik etmək çox çətindir

Two blue Nicaraguan passports on a table
Two blue Nicaraguan passports on a table
Fotonun müəllifi – GETTY IMAGES

Nikaraqua pasportunda holoqramlar və su nişanları daxil olmaqla 89 fərqli təhlükəsizlik xüsusiyyəti mövcuddur.

Bu əlamətlər onu dünyanın ən çətin dəyişiklik etmək olan pasportuna çevirib.

13. Birləşmiş Krallıq Kraliçasının pasportu yoxdur

Queen Elizabeth II on board of a boat in Malta
Queen Elizabeth II on board of a boat in Malta
Fotonun müəllifiGETTY IMAGES – Kraliça II Elizabeth pasportsuz rahat gəzə bilir

Kraliça II Elizabeth pasportsuz rahat gəzə bilir.

Çünki vətəndaşlarına pasport ‘əta’ edən odur.

Lakin gizli sənədlərinin pasporta ehtiyacı var.

Bu gizli sənədləri dünyaya çatdıran Kraliçanın Qasidləri (Queen’s Messengers) adlı xüsusi işçilər mövcuddur və həmin sənədlər üçün pasport almaq lazımdır.

Deyilənlərə görə, bu cür 15 pasport var.

© BBC Azəri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264