DÜNYA

Bu iki ölkə neft ticarətində dollar və avrodan tamamilə imtina ediblər
10 YANVAR
93

Bu iki ölkə neft ticarətində dollar və avrodan tamamilə imtina ediblər

2019-01-10 10:43:00

Fins.az-ın məlumatına görə, Hindistanın neft emalı zavodları, Tehrana qarşı tətbiq edilmiş sanksiyalara görə İranla neft ticarətində yalnız rupidən istifadə etməyə başlayıblar.ABŞ-ın 2018-ci ilin noyabr ayında İrana qarşı tətbiq etdiyi sanksiyalardan bəri ilk dəfə olaraq, Hindistan və İran neft ticarətində yalnız milli valyutalardan istifadə etməyə başlayıblar.Bu barədə informasiyalar Hindistanın UCO Bank bankının baş direktoru olan Charana Singh rəyində və neft sənayesində adı açıqlanmayan qaynaqların verdiyi məlumatlarda öz əksini tapıb

Əvvəlki dövrlərdə də ABŞ-ın təzyiqi nəticəsində 2012-2016 İran və Hindistan, neftin tədarükünə aid hesablaşmaların əhəmiyyətli hissəsini rupi ilə həyata keçirmişlər. Lakin, onda rupinin bu hesablaşmalarda ümumi payı 45% təşkil etmişdir, qalan hissə avroya məxsus olub.

Bu dəfə hind neft şirkətləri, Mangalore Rafinery&Petrochimecals və İndian Oil Corporation da daxil olmaqla, hesablaşmaların 100%-ni rupi ilə həyata keçiriblər.

Qeyd edildiyi kimi, İran, aldığı vəsaitlərdən Hindistandan mal idxalının ödəməsi üçün istifadə edəcək.

Eyni zamanda, İran və Hindistan arasında olan bu hesablamalar müəyyən mənada Rusiya ilə İran arasında mövcud ticarət sazişini təkrarlayır – ” neft müqabilində mallar”. Bu vəziyyət göstərir ki, İran energetika sahəsində hesablaşmaları milli valyutalarda inkişaf etdirməyə davam edir.

İranla neft ticarəti çərçivəsində Hindistan hakimiyyəti, şirkətləri National Iranian Oil Co (NIOC) şirkətindən neft tədarükündə vergi və rüsumlardan azad edib.

Qeyd edildiyi kimi, bu tədbirlər Hindistan emal şirkətlərinə 1,5 milyard dollar qənaət etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254