DÜNYA

Almaniyada biznes quran şəxslərə hansı üstün hüquqlar verilir?
10 YANVAR
172

Almaniyada biznes quran şəxslərə hansı üstün hüquqlar verilir?

2019-01-10 09:59:00

Fins.az dünyanın müxtəlif ölkələrində biznes fəliyyəti ilə mə.ğul olmağın üsullarını araşdıraraq təqdim edir.Bir çoxlarının həyat şəraiti, biznes mühiti ilə marqlanadığı Almayniyada biznes qurmağın üstün və mənfi cəhətləri barədədə fikirlərini Fins.az-la bölüşən iqtisadçı ekspert Rauf Qarayev bildirib ki, "Almaniya müxtəlif səbəblərdən müxtəlif iş admlarını özünə cəlb edir.Bu ölkədə həm maliyyə, həm də əməliyyatlar həyata keçirildiyi dövrdə xarici kapital ilə əlaqədar əhəmiyyətli məhdudiyyət yoxdur.  Şirkətin yerli banklarda qeydiyyatdan keçməsi başqa öhdəlik yoxdur.Kifayət qədər kapital və  ya bacarıqlı olan hər kəs, yaşadıqları yerdən asılı olmayaraq, bu ölkədə öz şirkətlərini aça bilər.

Almaniyada sahibkarlar iki qrupa bülünür  -  fərdi sahibkarlar -Kaufleute və müstəqil peşə -Freiberufler nümayəndələrinə bölünürlər. Onların hamısı öz şirkətlərinin sahibləri kimi qiymətləndirilir.

Ölkədə bir neçə mülkiyyət formaları var.Birinci qrup nümayəndələr üçün Almaniyada müxtəlif növlü təşkilatlar və şirkətlər mövcuddur. Böyük şirkətlər üçün daha yaxşı korporativ mülkiyyət forması önəmlidir. Bunlara Məhdud Məsuliyyətli Cəmiyyətlər, Açıq Səhmdar Cəmiyyətləri, Təfdarlaşlıq Ortaqlı Səmdarlar aiddir.

Korporativ şirkətlər hüquqi şəxs  qismində çıxış edirlər. Bu o deməkdir ki, hər bir səhmdarın şirkətdə hüquqi və öhdəlikləri eyni deyil burada əsas hüquq sahibi şirkətə məxsusdur.Şirkət adından müqavilələr bağlanır, o, aktivlərə sahibdir və vergilər də şirkət adından ödənilir. Məsuliyyət isə iş aktivləri ilə məhdudlaşır.

 Açıq Səmdar Cəmiyyəti formasında öz biznesinizi qurmaq istəyirsinizsə, Aktiengesellschaft qısa adı AG – böyük şirkətlər üçün xarakterik formadır. Hüquqi şəxs sayılır. Üç pilləli quruluşdan ibarətdir. Ümumi yığıncaq, idarəetmə, müşahidə şurası.  Səhmdarlar daha vacib məsələlər üçün qərar qəbul edirlər.

İdarəetməni rəhbərlik həyata keçirir. İllik yığıncaq çağırır və kvartalda bir dəfə müşahidə şurasına hesabat verir. Müşahidə şurası rəhbərliyin üzvlərini və sədri təyin edir. Müşahidə şurası səhmdarlardan, işçilərdən, xidmətçilərdən ibarətdir.  

İdarəetmə şurası şirkətə nəzarət edir. Böyük tədbirlərin keçirilməsi üçün razılaşma həyata keçirir, cəmiyyətin əmlakını yoxlayır, lazım olduqda şuranın üzvlərini toplayır.

ASC-nin bir sıra öhdəliyi də var. Misal üçün hər il maliyyə hesabatlarını dərc etməlidir.

Ən aşağı iştirakçıların sayı 5 nəfər olur. Bununla hüquqi şəxs ola bilərlər. İdarəetmə tərkibinə 1 nəfər daxil olmalıdır (bu halda o, hüquqi şəxs  statusunu daşıya bilməz) .

  Müşahidə şurası minimal üzvlərinin sayı 3 nəfər olmalıdır. Eyni vaxtda idarəetmə üzvü ola bilməzlər. 500 ştatı olan şirkətdə ən azı 3 nəfər işçilərin və xidmətçilərin rəyi ilə seçilməlidir.

Minimal kapital həddi 50 min avrodur. 4/7 hissəsi qeydiyyat üçün tələb olunur. Səmin minimal qiyməti 50 avrodur.

Almaniyada ASC-ni qeydiyyata almaq üçün nizamnamə təqdim etməlisən (daxilində yerləşdiyi ünvan, adı, məbləği və səmlərin quruluşu və məqsədlər qeyd olunmalıdır), səhmdarların cəmiyyət üçün pul yatırımları  sənədlərini, müşahihidə şurasının və idarəetmə üzvlərini tətiqləyən sənəd, bankdan nizamnamə fonduna yatırımla bağlı arayış, dövlət orqanın razılığını təstiq edən sənəd, vergi xidmətindən dövriyyə kapitalına üçün vergi ödənilməsi üçün arayış.

Məhdud Məsulliyyətli Cəmiyyət

Gesellschaft mit beschrankter Haftung – qısa adı GmbH. Kiçik və orta firmalar tam olaraq bu formanı seçirlər. Səbəb sadə idarəetmə forması ilə digərlərindən seçilir. Hüquqi şəxs qismində çıxış edir. Üzvləri kapitalda iştirakdan əlavə heç bir məsuliyyət daşımır. İllik maliyyə hesabatını dərc etməyə borclu deyil. Kapital həcmi 61 milyon avro, üzvlük sayı 5 nəfəri keçsə, satış həcmi 125 milyon avronu  keçsə ona ASC-yə qoyulan tələblər qoyulur.    

 GmbH-də işçilərin sayı 500 nəfəri keçsə, formalaşması üçün AG olduğu tələblər qoyulur. Təksahibliyədə icazə verilir.

Minimal nizamnamə kapitalı 25 min avrodur. Payların minimal həddi 250 avrodur. Qeyd olunan rəqəmlərdən bir hissəsini  qeydiyyat  keçməzdən  əvvəl  köçürmək  lazımdır.  Bu da payların cəminin 25 faizi təşkil edir. Qeydiyyat üçün  ilkin pul qoyluşun minimal həddi  12 500 manatdır.

Əgər şirkətin bir sahibi varsa o halda bütün məbləği o ödəməlidir. Bunun üçün isə bank qarantiyası vəya veksel olmalıdır

İdarəetmə bölüşdürücü idarəçilərdən əlavə ümumi yığıncaq üzvləri idarəetmə üzvlərini müəyyən edirlər. Ən əsas qərarlar ümumi yığıncaq iştirakçıları tərəfindən qəbul edilir. Cəmiyyəti bir nəfər və ya birneçə nəfər edirə edə bilər.

Cəmiyyəti yaratmaq üçün ən əsas sənəd üzvlər arasında imzalanmış müqavilə sayılır. Müqavilədə şirkətin adı, yerləşdiyi ünvan, fəaliyyə sahə, nizamnamə kapitalının məbləği, müqavilənin müddəti və buraxılma prosesi qeyd olunub notarial qaydada təstiq olunur. Bununla bərabər payşiklərin idarəetmə təyinatı üçün razılaşması sənədi təqdim olumalıdır. Burada onlara qarşı sanksiyalar, ittihamlar haqqında qeydlər olmamalıdır. Onların siyahısı, bank hesablarında MMC-yə qoyulan vəsait barədə məlumat, müəyyən məbləğin qoyulması vergilərdə arayiş alınmaldır. Faəliyyət (nəqliyyat agetliyi, taksi xidməti, və sair) üçün dövlətdən razılığı alınmalıdır.

Əgər nizamnamə kapitalına qiymətli əşyalarr daxildirsə müstəqil vergi və mühasibləri rəyi alınmalıdır.   Bütün sənədlər ticarət məhkəməsinə verilir. Məhkəmə tərəfindən ekspertizya göndərilir (Amtsgericht), sonra ticarət reyestrinə salınır (kommanditgesellschaft) və sonda qeydiyyat vərəqəsini alırlar (orada fəaliyyə əsas predmeti, ünvanı, nizamnamə kapitalı, payşiklərin adı, bölüşdürücülərin adları qeyd olunur).        Bundan sonra hüquqi şəxs kimi fəaliyyətə başlayır. Qeydiyyat vərəqi federal nəşrdə dərc olunmalıdır («Bundesanzeiger»). Qeydiyyat 1500 avroya başa gəlir. Ticarət reyestrndən əlavə (Gewerbeaufsichtsrat) Sahibkarlığa nəzarət idarəsinə, Mərkəzi yerli banka (5000 kapitalı olana adi deyil) və yerli maliyyə xidməti (Finanzamt), sosial orqanlarına məlumat verilməlidir. Şirkət həmdə yerli Ticarət Palatasının üzvü olmalıdır.

Kiçik biznes fəaliyyəti ilə məşğul olmaq üçün biznesin qeydiyyatı üçün sadə forma mövcuddur. Bunun üçün yerli ticarət nümayəndəliyinə qeydiyyata düşmək lazımdır. Təsnifatlaşdırmaq üçün bir çox kriterialar var. Amma kiçik biznes dedikdə illik dövriyyəsi 250 avronu keçməyən və gəliri 25 min avrodan çox olmayan təşkilat sayılır"

 

Müəllif Aynur Qəniyeva  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264