DÜNYA

ABŞ Rusiya hərbi peykinin məhv olduğunu bildirib
10 YANVAR
132

ABŞ Rusiya hərbi peykinin məhv olduğunu bildirib

2019-01-10 09:27:00

Rusiyanın 2007-ci ildə buraxılmış "Kosmos-2430" kosmik aparatı orbitdən çıxıb və atmosferdə yanıb.

Fins.az Report-a xəbər verir ki, bu barədə Şimali Amerikanın Kosmik Hava Müdafiəsi Birləşmiş Komandanlığı (NORAD) bildirib.

Onun məlumatına görə, peyk yanvarın 5-də öz orbital mövcudluğunu başa vurub.

Qeyd edilir ki, "Kosmos-2430" sistemləri 2007-ci ilin oktyabrında kosmik orbitə çıxarılıb. Onun işə salması Plesetsk kosmodromdan "Molniya-M" raket daşıyıcısı tərəfindən həyata keçirilib.

Daha əvvəl ABŞ-ın Florida ştatında "Falcon 9" raket daşıyıcısı Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri üçün ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264