DÜNYA

“Saudi Aramco” şirkəti barədə gözlənilməz açıqlama
10 YANVAR
404

“Saudi Aramco” şirkəti barədə gözlənilməz açıqlama

2019-01-10 17:55:00

Fins.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanında “DeGolyer & McNaughton” müstəqil audit şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, bu ölkənin neft ehtiyatları 264 milyard yox, 266,1 milyard bareldir.Ölkənin energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falihin sözlərinə görə, beləliklə, “Saudi Aramco” dövlət neft şirkətinin dünyada ən bahalı şirkət olduğu təsdiqlənir. “Reuters” bildirib ki, ölkənin təbii qaz ehtiyatları da 31 dekabr 2017-ci il tarixinə olan məlumata görə, 307 trilyondan 324 trilyon kubfutadək artıb. D&M şirkəti ölkə ehtiyatlarının 80 faizinədək hissəsini əhatə edən 54 yatağını araşdırdığı halda, “Saudi Aramco”nun ixtiyarında cəmi 364 yatağın olduğu bildirilir. Bundan əvvəl Səudiyyə Ərəbistanı hökuməti dövlət neft şirkətini 2 trilyon ABŞ dollarına dəyərləndirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263