DÜNYA

Trampın Dünya Bankının rəhbəri vəzifəsinə gözlənilməz namizəd təklifi
10 YANVAR
125

Trampın Dünya Bankının rəhbəri vəzifəsinə gözlənilməz namizəd təklifi

2019-01-10 00:42:00

Fins.az-ın məlumatına görə prezident Donald Tramp administrasiyası Dünya Bankının rəhbəri postuna ABŞ-ın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Melpasın namizədliyinin irəli sürülməsi imkanlarını nəzərdən keçirir. Melpas 2017-ci ilin sentyabrından ABŞ-ın Maliyyə Nazirliyində indiki vəzifəsini icra edir. İqtisadçı mühafizəkar baxışları ilə məşhurdur. Ağ Evin mətbuat katibi Sara Sanders nəşrə açıqlamasında Melpasın həmin vəzifəyə namizədliyinin müzakirəsi haqqında informasiyanı təsdiqləməyib. O, yalnız bildirib ki, hazırda bu mövzuyla əlaqədar heç bir açıqlama yoxdur. Daha əvvəl Dünya Bankının yaydığı bəyanatda bildirilib ki, təşkilatın hazırkı prezidenti Cim Yon Kim fevralın 1-də öz postunu tərk edəcək. Onun vəzifə səlahiyyətlərini müvəqqəti olaraq icraçı direktor Kristalina Georgiyeva yerinə yetirəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256