DÜNYA

Türkiyədə bu vaxt toy etmək QADAĞAN EDİLDİ
09 YANVAR
475

Türkiyədə bu vaxt toy etmək QADAĞAN EDİLDİ

2019-01-09 17:51:00

Türkiyədə martın 31-i - bələdiyyə seçkiləri günü yerli vaxtla saat 18:00-dək toy mərasimlərinin keçirilməsi qadağan edilib.

Həmçinin səsvermə günü saat 21:00-a qədər spirtli içkilərin satışı dayandırılacaq.

 

Bundan başqa, televiziya və radiolarda seçki günü nəticələr haqqında hər hansı proqnozlar səsləndirməyə icazə verilmir.

Qeyd edək ki, bələdiyyə seçkiləri günü siyasi partiyalara da bir sıra qadağalar tətbiq olunacaq.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267