DÜNYA

Aİ, Ukrayna və Rusiya təbii qaz tədarükünə dair danışıqlar aparacaq
09 YANVAR
228

Aİ, Ukrayna və Rusiya təbii qaz tədarükünə dair danışıqlar aparacaq

2019-01-09 16:54:00

Bu ay Avropa İttifaqı (Aİ) – Ukrayna – Rusiya formatında təbii qaz tədarükünə dair danışıqlar davam etdiriləcək.

Fins.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib.

“Avropaya uzunmüddətli qaz tranzitinə dair Rusiya və Ukrayna ilə üçtərəfli siyasi danışıqların ikinci mərhələsinin yanvarın 21-də Brüsseldə (Belçika) keçiriləcəyinə şadam”, - deyən Aİ rəsmisi qarşıdakı danışıqların tərəflər arasında bundan əvvəl müxtəlif səviyyələrdə keçirilən görüşlərin nəticələrinə əsaslanacağını bildirib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263