DÜNYA

Türkiyə ilk dəfə olaraq İran neftinin idxalını bərpa edib
09 YANVAR
144

Türkiyə ilk dəfə olaraq İran neftinin idxalını bərpa edib

2019-01-09 15:25:00

Türkiyə 2018-ci ilin noyabrından etibarən İranın xam neftinin idxalını bərpa edib.

ABŞ, noyabrın əvvəlində İranın neft ixracına məhdudiyyətlər qoymasına baxmayaraq Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə İran neftini idxal etmələrinə icazə vermişdir.

Türkiyəyə ildə 3 milyon ton neft, və ya gündə 60 min barel idxal etməyə icazə verilib. Xatırladaq ki, ABŞ sanksiyalarından öncə Türkiyə gündə təxminən 200 min barel neft idxal edib.

Türkiyə, yaz ayının sonunda İrandan neft idxalını azaltmışdır, noyabrda isə İran neftinin alınması tamamilə dayandırıb.

Dekabr ayında Türkiyə, İran neftinin iki tankerini qəbul edib ki, bu da gündə 54 min barelə bərabərdir. Yanvar ayında gəmi trafikinin monitorinqinə görə, Türkiyənin İran neftinin üçüncü tankerini də alması planlaşdırılır.

© Bnaker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264