DÜNYA

Qripə görə uşaq bağçaları və məktəblər bağlana bilər
09 YANVAR
192

Qripə görə uşaq bağçaları və məktəblər bağlana bilər

2019-01-09 14:19:00

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qripə görə məktəb və uşaq bağçalarının bağlanması tövsiyə olunacaq.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

O deyib ki, bu həftə ərzində qrip virusunun yayılmasının azalma tendensiyası müşahidə olunur: “Məktəb və uşaq bağçalarının bağlanılması tələbi əsasən postsovet ölkələrinə aiddir. Bir sıra qərb ölkələrinin bununla bağlı təcrübəsi var. İnsanlar məktəb və uşaq bağçasından kənarda xəstələnmir? Bizim tövsiyə epidemioloji vəziyyətdən asılı olacaq. Hazırda 100 min nəfər əhaliyə 256 qrip virusuna yoluxma halı düşür. Bu həftə ərzində vəziyyət müşahidə olunacaq və ondan sonra təhsil sistemi ilə bağlı tövsiyəmiz olacaq”.

Qeyd edək ki, Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158yoluxma halı təsdiq olunub.

Hazırda uşaq bağçaları və məktəblərdə yanvarın 14-nə qədər qış tətilidir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264