DÜNYA

Dünya iqtisadiyyatının üzərini qara buludlar alıb
09 YANVAR
218

Dünya iqtisadiyyatının üzərini qara buludlar alıb

2019-01-09 10:12:00

Dünya Bankı dünya iqtisadiyyatının üzərini “qara buludların” aldığını bildirərək, yeni risklər barədə xəbərdarlıq edib.

Bankın “Qaralan səma” adlı bu ilki qlobal proqnozlarına əsasən, 2019 və 2020-ci illərdə qlobal iqtisadi artım tempi geridə qoyduğumuz illərdən daha ləng olacaq.

İqtisadi inkişaf perspektivlərini qiymətləndirən bank 2020-ci ildə iqtisadi artımın 2,8% - 2,9% səviyyəsində olacağını bildirib.

Ekspertlər bildirib ki, buna baxmayaraq, ölkələrdə iqtisadi göstəricilərin aşağı düşəcəyi ilə bağlı ciddi narahatlıqlar var.

İqtisadi artım tempinin zəifləməsi başlıca olaraq zəngin ölkələrdə, xüsusilə ABŞ-da müşahidə olunacaq. Sonradan Avrozonaya və Yaponiyaya da yol tapacaq.

ABŞ-da geriləməyə prezident Trampın vergi ixtisarlarının təsir edəcəyi bildirilir. Proqnoza görə, 2021-ci ilə kimi ABŞ-ın iqtisadi artımı 1,6%-ə qədər azalacaq.

Digər tərəfdən, bəzi inkişaf etməkdə olan dövlətlərdə, həmçinin, Çində iqtisadi artımın yüksələcəyi (Çində 2021-ci ilə kimi 6%-ə çatacağı) proqnozlaşdırılır.

Bankın proqnozuna görə, maliyyə bazarları da əsas risk faktorlarındandır. ABŞ növbəti dəfə uçot dərəcəsini qaldıracağı təqdirdə, dolların güclənməsi bilavasitə inkişaf etməkdə olan dövlətlərinə iqtisadiyyatlarına təsir göstərəcək.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266