DÜNYA

Rusiyanı Ön Qafqazla birləşdirən yol qara görə bağlanıb
09 YANVAR
100

Rusiyanı Ön Qafqazla birləşdirən yol qara görə bağlanıb

2019-01-09 10:04:00

Rusiyanı Ön Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu Gürcüstana güclü qarın yağması səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Fins.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Moskva vaxtı ilə 19:45-dən etibarən Hərbi-Gürcüstan yolu ilə hərəkət Gürcüstana yağan güclü qar səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb", - deyə məlumatda bildirilir.

İdarə sözügedən istiqamətdə səfərə çıxmamağı tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264