DÜNYA

ABŞ Avropa İttifaqını İrana qarşı qərarını dəstəkləyib
09 YANVAR
156

ABŞ Avropa İttifaqını İrana qarşı qərarını dəstəkləyib

2019-01-09 09:26:00

Fins.az-ın məlumatına görə,Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo deyib ki?ABŞ Avropa İttifaqının (Aİ) Avropa ərazisində qətl törətmək məqsədi ilə sui-qəsdlərə gedən İranın kəşfiyyat xidmətlərinə qarşı sanksiyaların qanuniləşdirilməsinə dair qərarını dəstəkləyir.“İran və “Hizbullah” Avropanı 1979-cu ildən dəhşətə salıb. Avropa ölkələri bugünkü hərəkətləri ilə İrana aydın şəkildə siqnal verdilər ki, terrorçuluq yolverilməzdir. ABŞ yeni sanksiyaları qətiyyətlə dəstəkləyir və eyni zamanda avropalı müttəfiqlərimiz ilə ümumi təhdidlərə qarşı çıxış edir”, – deyə o öz “Twitter” səhifəsində yazıb.Daha əvvəl İran Avropa İttifaqını terrorçuları öz ərazisində gizlətməkdə ittiham edib. Daha əvvəl İran Avropa İttifaqını terrorçuları gizlətməkdə ittiham edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267