DÜNYA

Ehtiyac sahibi ailələrin 150 kvts elektrik enerjisini dövlət ödəyəcək
08 YANVAR
171

Ehtiyac sahibi ailələrin 150 kvts elektrik enerjisini dövlət ödəyəcək

2019-01-08 18:48:00

Türkiyədə sosial yardıma ehtiyacı olan şəxslərin elektrik enerji istehlakının bir hissəsini dövlət ödəyəcək.

Fins.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.

R.T.Ərdoğan bununla da çox önəmli sosial dövlət addımı atdıqlarını qeyd edib.

“Mütəmadi sosial yardıma ehtiyacı olan vətəndaşlarımızın aylıq 150 kilovat-saat qədər elektrik enerji istehlakını dövlət olaraq biz öhədimizə götürürük. Bu çərçivədə, təxminən 2,5 milyondan çox evin, hər ay ortalama 80 lirəlik elektrik enerji haqqını dövlət qarşılamış olacaq”, - deyə Türkiyə lideri əlavə edib.

© Finans.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256