DÜNYA

Brexit ilə Avropaya 1 trilyon dollar keçəcək
08 YANVAR
113

Brexit ilə Avropaya 1 trilyon dollar keçəcək

2019-01-08 16:59:00

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxacağı tarix olan 29 Mart yaxınlaşır. 800 milyard funt-sterlinqə (1 trilyon dollar) yaxın dəyərdə aktivlərin Böyük Britaniyadan çıxaraq Avropa İttifaqındakı maliyyə mərkəzlərinə keçəcəyi bildirilir.
Fins.az xəbər verir ki, EY (Ernst & Young) adı ilə tanınan məsləhət şirkətinin maliyyə xidmətləri sədri Omar Əli, "Bir müqavilə olmadan 29 Marta nə qədər yaxınlaşsaq, (İngiltərədən) o qədər çox aktiv çıxacaq və çalışanlar ya yer dəyişdirəcək, ya da yerli olaraq işlə təmin ediləcəklər" - deyib.

EY-in ən son proqnozuna görə, İngiltərənin 8 trilyon sterlinlik bank sektorunun kiçik bir hissəsi olan 800 milyard funt-sterlinq dəyərində aktiv ölkədən çıxacaq.

EY, 2016-ci ilin İyun ayında keçirilən referendumla Aİ-dan çıxma qərarı vermiş Böyük Britaniyada 222 maliyyə şirkətinin Brexit hazırlıqlarını izləyir. EY, 80 şirkətin aktivlərini və şəxsi heyətini bir Aİ mərkəzinə köçürməyi düşündüyünü, ya da buna qərar vermiş olduğunu bildirib.

Almaniyada Frankfurt maliyyə mərkəzinin reklamını aparan "Frankfurt Main Finance" şirkəti, böyük hissəsi bu rübdə olmaqla, 750-800 milyard avroluq aktivin Frankfurta köçürülməsini gözlədiyini açıqlayıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256