DÜNYA

Türkiyə avtomobil daşıyan qapalı vaqonların istehsalına başlayıb
08 YANVAR
104

Türkiyə avtomobil daşıyan qapalı vaqonların istehsalına başlayıb

2019-01-08 11:33:00

Türkiyə Lokomotiv və Mühərrik Sənayesi Anonim Şirkəti (TÜLOMSAŞ) avtomobil daşıyan qapalı vaqonların istehsalına başlayıb.

Fins.az xəbər verir ki, Əskişəhərdə yerləşən zavodda düzəldilən qoşa vaqonlarda eskalatorlar, havatəmizləyici sistem və təhlükəsizlik üçün zəruri avadanlıq quraşdırılıb. Ən müasir yükləmə və boşaltma texnologiyası ilə təmin olunan vaqonlar mikroavtobuslar, kiçikhəcmli yük maşınları və minik avtomobillərinin daşınması üçün nəzərdə tutulub.

Avropa standartlarına uyğun istehsal olunan yeni vaqonlar dünya bazarında rəqabətədavamlı keyfiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256