DÜNYA

Fransada aqressiv nümayişçilərə qarşı qanun hazırlanır
08 YANVAR
70

Fransada aqressiv nümayişçilərə qarşı qanun hazırlanır

2019-01-08 09:36:00

 Fransa hökuməti nümayişlər zamanı qanun pozuntusuna görə cəzaları sərtləşdirən yeni qanun hazırlayır.

Fins.az xəbər verir ki, bunu bazar ertəsi ölkənin baş naziri Eduar Filipp TF1 telekanalının efirində deyib.

Filippin fikrincə, etirazçıların mülki, eləcə də, maddi məsuliyyətini artırmaq lazımdır, "talançıları deyil, vergi ödəyicilərini ödəniş etməyə" məcbur etmək lazımdır.

Baş nazir əlavə edib ki, aksiyalar başlayandan bu günə kimi artıq 5,5 min nümayiş iştirakçısı saxlanılıb və onlardan təqribən 1000 nəfərinə qarşı hökm oxunub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256