DÜNYA

BƏƏ $6,2 milyard məbləğində kredit ayıracaq
07 YANVAR
185

BƏƏ $6,2 milyard məbləğində kredit ayıracaq

2019-01-07 15:35:00

BƏƏ Pakistana ödəniş balansının tarazlığını saxlamağa kömək edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şahzadəsi olan şeyx Məhəmməd bin Zayed Əl Nahiyan, iqtisadi yardım məsələsini müzakirə etmək məqsədi ilə yaxın günlərdə Pakistana səfər etməyi planlaşdırır.

Fins.az xəbər verir ki,  BƏƏ Pakistana $6,2 milyard həcmində kredit ayırmağı planlaşdırır. Kreditin birinci hissəsi ($3 milyard), Pakistan Dövlət Bankının (Mərkəzi Bank) hesabına yerləşdiriləcək, digər  hissəsi isə ($3,2 milyard) neft məhsulları ilə veriləcək. Borcun hissə-hissə qaytarılması nəzərdə tutulur.

Xatırladaq ki, bənzər sxemdən Səudiyyə Ərəbistanı da istifadə etmişdir. Pakistanla bağlanmış razılaşmanın çərçivəsində Əl-Riyad, $3 milyard cuvarında nağd pul, neft məhsullarının tədarükü üçün də $3 milyard ayırmışdır.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263