DÜNYA

Donuz qripindən ölənlərin sayı 9-a çatıb
07 YANVAR
153

Donuz qripindən ölənlərin sayı 9-a çatıb

2019-01-07 15:19:00

Gürcüstanın Poti şəhərində H1N1virusuna (“donuz qripi”) yoluxan, təxminən, 40 yaşlarında qadın ölüb.

Fins.az Report-a istinadən xəbər verir ki, pasiyent Poti Şəhər Xəstəxanasına kəskin respirator infeskiya, pnevmaniya və tənəffüs çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

Tibb müəssisəsində aparılmış müalicəyə baxmayaraq, xəstənin halı pisləşib və o, ötən gün vəfat edib.

Hazırda Poti Şəhər Xəstəxanasında respirator infeskiya simptomları ilə 11 nəfər müalicə alır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə 8 nəfər “donuz qripi”ndən ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264