DÜNYA

Hava limanının əməkdaşları tətil ediblər
07 YANVAR
142

Hava limanının əməkdaşları tətil ediblər

2019-01-07 15:15:00

 Almaniyanın Berlin şəhərinin Tegel və Şenefeld hava limanları təhlükəsizlik xidmətinin əməkdaşları yanvarın 7-də səhər saatlarında etiraz tətili keçiriblər.

Fins.az Report-a istinadən xəbər verir ki, aksiya nəticəsində aviareyslərin hərəkət qrafiki pozulub.

Tətil yerli vaxtla saat 05:00-dan 08.45-dək (Bakı vaxtı ilə 08:00-11.45) davam edib.

Bir sıra aviaşirkətlər, o cümlədən Almaniyanın “Lufthansa”, “Easyjet”, “Ryanair” və Rusiyanın “Aeroflot”u səhər saatlarına planlaşdırılan bir neçə reysi təxirə salıb.

Aksiya iştirakçılari iş saatının 20 avroyadək artırılmasını tələb ediblər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266