DÜNYA

Dubayda biznes quranlara hansı güzəştlər edilir?
06 YANVAR
655

Dubayda biznes quranlara hansı güzəştlər edilir?

2019-01-06 17:48:00

Fins.az-ın xarici ölkələrdə biz nes qurmağın asan üsulları və üstünlükləri ilə bağlı  silsilə məqalələrinin davamı olaraq sizə xəyalların şəhəri,şərqin ən ticarət parkı hesab olunan Dubayda biznes qurmağın qaydaları və üstünlükləri barədə məlumatları təqdim edir. Birləşmiş Ərəb Əmirliklərinin əsas ticarət əmirliyi hesab olunan Dubay əmirliyində sahibkar olmaq,öz şəxsi biznesini qurmaq üçün hansı tələbləri yeinə yetirməyin lazım olduğu barədə FİNS.AZ-a ətraflı açıqlma verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, " Dubayda şirkətin qeydiyyatı 3-4 həftə vat aparır.Ölkədə pul vahidi dirhəmdir. Dollara nisbətdə 1 dollar – 3,65 dirhəm edir. Şirkətin qeydiyyatı zamanı təsisçilərin iştirakı vacib deyil. Bəzi hallarda səimdarlarsız və təsisçilərsiz qeydiyyat mümkün deyil. Birləşmiş Ərəb Əmirliyində şirkətləri 2 qrupa bölmək olar. Onşor və offşor. Onşor şirkətlərə iş görməyə icazə verilir. Offşor şirkətlərə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilmir.

Aşağıdakı ofşor hüquqi formalı şirkətləri daha çox tələbatlıdır:

 Limited Liability Company  – Məhdud  Məsuliyyətli  Cəmiyyətlər (MMC). BƏƏ vətandaşı  ilə tərəfdaşlıq  tərəfdaşlıq çərçivəsində qeydiyyata alınır. Bu halda şirkətin 51 faiz səhmlərə vətəndaşa  ölkə vətəndaşına məxsus olmalıdır.

 Free Zone CompanyAzad iqtisadi zona şirkəti. Burada şirkət 100 faiz xarici vətəndaşa məxsusdur.

Sole Proprietorship – Fərdi mülkiyyət. Şirkət BƏƏ-də qeydiyyata alınır. 100 faizlik kapitala xarici vətəndaş sahib ola bilər. Belə halda əgər şirkətin borcu yaranarsa, şirkətin isə onu bağlamağa aktivləri kifayət etmirsə, bu halda borcun ödənilməsi şirkət rəhbərinin aktivləri hesabına həyata keçiriləcək.

Freelancer License – Müstəqil çalışan. Lisenziyalar azad iqtisadi zonalarda yanında fəaliyyət üçün verilir.

Offshore Company  - Offşor şirkətlər – fəaliyyətləri məhduddur. Az tələbatlıdırlar. BƏƏ sahibkarlıq fəaliyyətinə icazə verilmir. Yəni arendaya ofis götürüb fəaliyyət göstərə bilməzlər. Onlar əsasən holdinq fəaliyyəti ilə məşğuldular. Aktivləri idarə edir, biznesə investisiya yatırıb daşınmaz əmlak alırlar.

Lisenziya

4 tip lisenziya var. General Trading License – Ümumi Ticarət Lisenziyası. Geniş tip malların alqı-satqısı ilə məşğul olmağa icazə verir. Trading License – Ticarət lisenziyası. Lisenziyada qeyd olunan malların alqı-satqısına icazə verir. Industrial License – Sənaye Lisenziyası. Service License – Xidmət göstərmək üçün lisenziya.

Şirkət Lisenziya aldıqdan sonra, şirkətin sahibi vəya şirkəti idarə edən imiqrasiya kartı (Establishment Card ) almaq üçün ərizə ilə müraciət edir. Ərizə azad iqtisadi zonanın idarəsi tərəfindən BƏƏ-nin bunun üçün müəyyən olunmuş imiqrasiya xidmətinə təqdim edilir. İmiqrasiya xidməti şirkətinə fayl açır və həmin kartı buraxır. Kart olmadan, şirkət işçi cəlb də  bilməz və onlar üçün rezident viza ala bilməz. Bu kartın vaxtı hər il uzadılmalıdr.Uzadılmasa, cərimələnmə qaçılmazdır.Qiyməti 460 dirhəmdir (155 ABŞ dolları). Bəzi iqtisadi zonalarda Establishment Card, Company Immigration Card (CIC) adlanır.   

Daha təlabatlı azad iqtisadi zonalar

Dubayda 20-dən artıq iqtisadi zona var. Ən təlabatlılar aşağıdakılardır.

  • Jebel Ali Free Zone (JAFZ)
  • Dubai Airport Free Zone (DAFZ)
  • Dubai Internet City (DIC)
  • Dubai Media City (DMC)
  • Dubai Health Care City (DHCC)
  • Dubai International Financial Centre (DIFC)
  • Dubai Multi Commodities Centre (DMCC)
  • Dubai Knowledge Village
  • Dubai Silicon Oasis Authority (DSOA)

Paytaxt Abu-Dabidə

 Twofour54

Sarca

  • Sharjah Airport Free Zone (SAIF Zone)
  • Hamriyah Free Zone (HFZ)

Rəs - əl – Hayma

  • Ras Al Khaimah Free Trade Zone (RAKFTZ)
  • Ras Al Khaimah Investment Authority (RAKIA)

 

Fucayra

Fujairah Free Zone (FFZ)

Fujairah Creative City

Əcman

Ajman Free Zone (AFZ)

Umm - əl - Küveyn

Umm Al Quwain Free Trade Zone (UAQ FTZ)

 

Azad iqtisadi zonalarda sahibkarlıq fəaliyyətinin növlərlərinə icazə

BƏƏ-də azad iqtisadi yaradılmasında məqsəd hər hansı sahibkarlıq növünün aparılması idi. Misal üçün: Multi Commodities Centre (DMCC) malların ticarəti və onların dəyişdirilməsi (barter) üçün nəzərdə tutulurdu. Dubai International Financial Centre (DIFC) maliyyə alətləri ilə işləmək üçün nəzərdə tutulurdu. Sonra, məhdudiyyət götürüldü.

İndi  Dubai Multi Commodities Centre (DMCC)də mağaza, klinika, gözəllik salonu açmaq və sair işlər görmək olar. Azad iqtisadi zona seçərkən,  ada diqqət etmək lazım deyil. Şirkətinizi qeydiyyatdan keçirmək üçün həmin zonanın yerli idarəsinə müraciət etmək lazımdır.

Əsas diqqət ondan ibarətdir ki, ticarətlə məşğul olan şirkətlər yalnız ticarəti daxil olduğu azad ticarət zonanın daxilində apara bilərlər. Başqa ticarət zonaları ilə ticarət apardıqda, ticarət agenti lazımdır. Agent rəsmi disterbyutor olaraq işləri aparır.

Şirkətin ünvanının qeydiyyatı lisenziya almaq üçün əsas şərtlərdən biridir. Ünvan almaq üçün şirkət ofis icarəyə götürə bilər. Biznes mərkəzində müqavilə  bağlayaraq ofis götürə bilər və ya azad iqtisadi zonanada iş yeri (Flexi-desk) götürə bilər.Flexi-desk – biznes mərkəzində 16-20 saatlıq aylıq iş yeridir. Flexi-desk icarə haqqısı 3- dəfə ofis icarəsinin illik haqqından ucuzdur. Bu da başlanıq üçün əlverişli sayılır.

Azad İqtisadi Zonanı seçəndə

diqqət çəkən məqam

Azad İqtisadi Zona seçəndə Dubay şəhərində illik audit hesabatının verilməsi məcburi xarakter daşıyır. Bu da böyük məbləğdə xərclərin olması ilən əlaqədardır. Digər şəhərlərdə yerləşən azad iqtisadi zonalarda bu hesabatın verilmə ləğv edilib. Səbəb həmin müştərini cəlb etməkdir. Şirkəti qeydiyyata salanda əsas diqqəti orada tələb olunan məbləğə yönəlmək lazımdır. BƏƏ iqtisadi zonalarında məbləğlər fərqlidir.

Vergi

BƏƏ  vergi yoxdur. Şirkət açdıqda yalnız illik lisenziya məbləğini ödəmək tələb olunur. Azad iqtisadi zonalarda məbləğlər fərqlidir.

Formalar

Dubayda və BƏƏ-nin digər şəhərlərində aşağıdakı formada şirkətləri qeydiyyata aldırmaq olar.

Yeni şirkət

Şirkətin filialı

Tabeli müəəssisə (nəzarət səhmləri digər şirkətə məxsusdur)

Şirkət açmaq üçün lazımı sənədlər

Aşağıdakı faktorlardan aslıdır:

1. Səhmdar kim olacaq (fiziki vəya hüquqi şəxs) və nə qədər səhm sahibi olacaq?

2. Yeni şirkət açılacaq, filial və ya tabeli müəssisə olacaq.

Səhmdar hüquqi şəxs olduqda təstiqlənmiş/qanuniləşdirilmiş korparativ sənədlər lazım olacaq.

BƏƏ Haaqa konvensiyasının üzvü olmadığından apostili tanımır. Sənədlərin BƏƏ-də tanınması üçün onlar qanuniləşdilməlidir. Sənədlərin qanuniləşdirməsi onun natarial qaydada tərcüməsi, təstiqlənməsini şirkəti qeydiyyata  olduğu ölkədən BƏƏ-nin səfirliyinə təqdim olunması vacibdir. Sonra BƏƏ Xarici İşlər Nazirliyinə təstiq olunur. Bir korporativ sənədin XİN-də təstiq olunmasının rüsumu 2000 dirhəmdir (667 ABŞ dolları).

  Şirkətin açılışı Dubayda çoxlu müraciətlərə əsasən 2 həftəyə qədər çəkə bilər. Digər şəhərlərdə bu bir neçə günə həll olunur. Bəzi növlər Səhiyyə nazirliyinin rəyi, Müdafi nazirliyi və sair rəylərdən aslı olaraq onların açılışı bir neçə ay çəkə bilər.

Şirkət açımaq üçün nizamnamə kapitalı formalaşmalıdır. Nizamnamə kapitalının standart rüsümü 50 000 dirhəmdir (17 min ABŞ dollarıdır) Bir çox iqtisadi zonalarda bankda qeyd olunan məbləği mütləqdir.

Qeydiyyat faktan aslı olaraq şirkətin BƏƏ hansı şəhərində azad ticarət zonasına    aslıdır. Əsasən şirkət rəhbəri sənədlərə sahib olur.

Qeydiyyat sertifikatı – Certificate of Registration / Incorporation

Lisenziya – License

Şirkətin nizamnaməsi - Memorandum and Articles of Association / Articles of Incorporation

Səhm sertifikatı - Share certificate

Filial açdıqda şirkətə nizamnamə verilmir.

 https://www.uae-consulting.com/otkryt-kompaniyu-oae/"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264