DÜNYA

Amerikada necə biznes qurmaq olar?- güzəşt və imtiyazlar
04 YANVAR
336

Amerikada necə biznes qurmaq olar?- güzəşt və imtiyazlar

2019-01-04 16:17:00

Fins.az-ın dünyanın super iqtisadi güclərindən biri ABŞ vergi sistemi eyni zamanda bu ölkədə biznes fəaliyyəti və bizneslə məşğul olanlara verilən üstünlüklər barədə araşdırma  aparıb. Amerikanın vergi sistemi və ölkədə biznes qurmağın üstün cəhətlərindən danışan iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "ABŞ-da 3 formada vergi sistemi var. Federal, dövlət, yerli vergilər mövcuddur. Vergilər gəlirdən, əmək haqqından, əmlakdan, satışdan, kapital artımından, dividenddən, idxaldan, hədiyyələrdən və sairələrdən tutulur. Vergilərə nəzarət edən  Daxili Gəlir Xidmətinin saytına daxil olduqdan sonra biznesə başlamaq üçün düymə var. Onu sıxırsan. Aşağıda yeni biznesə başlayanlar üçün tövsiyələr var. Federal vergilər haqqında yeni işə başlayanlar nəyi bilməlidir.

Biznes və məşğuliyyət?

Biznesin quruluşunu seçmək

İşəgötürənin eyniləşmiş nömrəsi

Biznes və vergilər,

Mühasibatlığın aparılması qaydası,

Nə vaxt vergi ilini başlayıram?

Biznesə başlamağın nəzarət paketi, pensiya planlarının növləri,

Kiçik biznesin nəşirləri

Qeydlərin üstünə sıxdıqda məlumat hissəsi açılır. Siz yuxarıda göstərilənlər haqqında məlumatlar alırsız. Sol tərəfdə menyuda biznesə başlamağın, onu idarə etməyin, bağlamağın, onlayn öyrənmə, kiçik bines haqqında xəbərlər bölümlərinə kimi, bölümlər var. Hər bölümün daxilində ona aid olan hissələr qeyd olunub.  ABŞ-da vergi sistemi elə bir formada qurulub ki, kiçik sahibkara seminar keçirməyə və ya təlim keçməyə ehtiyac duyulmur. Sadəcə Daxili Gəlir Xidməti saytına daxil olub sizi maraqlandıran bölümü tapıb onun barəsində ətraflı məluma alırsınız. Sayt ingilis dilindən əlavə, 5 dildə fəaliyyət göstərir.

ABŞ-da kiçik sahibkar kimlərə deyilir? İşçi sayı 500-dən çox olmayan, aktivlələrin həddi 5 mln dolları və illik gəliri 2 mln dolları keçməyən şəxlər kiçik sahibkar sayılır. Dövlət sahibkarlığı dəstəkləyir və vergi sistemi şəfafdır.

  Biznes qurmağın 4 hüquqi forması var. Hər birinin özünün, müsbət və mənfi tərəfi var.

Sole proprietorship – fərdi sahibkar. Xidmət sahəsinə  daha çox uyğundur. Az sənəd tələb olunur. Adətən bu formanı, mühasiblər, hüquqşünaslar, fərdi həkimlər, bərbərlər  seçirlər. Mənfi cəhəti, sanksiyalar və  cərimlər şəxsi əmlakına da toxuna bilinər. Biznesin inkişafı banklar kredit verməyə maraqlı deyillər.

Partnership – tərəfdaşlıq.  Bizneslə  kollektiv  idarəetmə . 2 hissəyə bölünür: Ümumi və məhdud məsuliyyətli. Ümumi də hamı maliyyə məsuliyyəti daşıyır. Məhdudda isə yalnız, fərdi qaydada yatıdığı vəsait üzrə  məsuliyyəti daşıyır – maliyyə sanksiyaları və cərimələr və sair ödəmələr şəxsi əmlaka görə tətbiq edilmir.

Eyni ixtisasa məsələn hüquqşünaslara, aditorlara,  proqramistlər və sair malik olub komanda şəklində iş görənlərə əl verişli sayılır.

Corporation – Korparasiya. Biznesin aparılaması üçün unversal tip sayılır. Hər bir iş üçün mükəmməl sayılır. Çoxlu sənəd tələb edən formadır. Burada  məsləhətçisiz iş görmək iş görmək olmur. Banklar və investorlar bu formaya daha çox inanır və üstünlük verir. Çünki işə nəzarət asandır.

Limited liability company – Məhdud Məsuliyyətli Cəmiyyət. Ən geniş yayılmış kiçik sahibkarılıq tipidir. Tərəfdaşlıq və Korporasiya tiplərinin bir çox xüsusiyyətlərini özündə birləşdirir. Korporasiya tipindən fərqli olaraq burada az sənədə ehtiyac var. Mənfi cəhəti, müxtəlif ştatlarda müxtəlif şərtlərlə aparılmasıdır.

Adların yoxlanılması

ABŞ qanunvericiliyi plaqiata ciddi nəzarət edir. Buna əsasən şirkətin adını qoymazdan əvvəl  qeydiyyatdan keçdiyiniz an ştatın saytında «Business name availability» bölməsində adı yoxlayın. Misal üçün Kaliforniya ştatında https://www.sos.ca.gov/business-programs/business-entities/name-availability/#checking sonra tələbinizi 3 gün ərzində yoxlayacaqlar.

 Sənədlərin təqdim edilməsi

Şirkəti qeydiyyatdan keçirmək üçün onlayn formada etmək olar. Bunun üçün şirkətin adını, təsisçiləri barədə məlumat və hüquqi şəxsin ünvanını qeyd etmək lazımdır. “Biznes hansı ştatda açassınızsa oradakı ünvanı qeyd edin”. Əgər bu mümkün deyilsə poçt qutusunu kirayə etmək olar. Rəsmi xəbərdarlıqlar ora  gələcək.

Belə bir qutunun icarəsi 100 ABŞ dollarıdır.Bir çox saytlarda var. Ştatın katibliyin saytında qeydiyyat 80 -130 dollar arası dəyişir. Standart qeydiyyat vaxtı 25 iş günüdür. Sənədlər düzdürs, əlavə haqqı ödəməklə bu günü 25 gündən 1-10 günə etmək olar.

Vergidə qeydiyyat

Yuxarıda qeyd olunub.

Bankda hesabın açılması

Bir çox şirkətlər nağdsız  hesablaşmaya üstünlük verirlər. Buna əsasında bankda hesab açmaq vacibdir. Bu arada şəxsin iştirakı mütləqdir. Bəzi banklarda şəxsin iştikakı olmadan hesabın açılması 28 iş günü tələb edir. Şəxs əgər açılmasında şəxsən iştirak edirsə, bir neçə saata hesab açılır. ABŞ-da başqa ölkənin şirkəti ABŞ bazarına daxil olmaq istəyirsə şəxsən qeydiyyatda olduğu ölkədən onun həqiqətən təmiz niyyətli olduğu üçün sübütlar(vergidən, gəlirləri barədə arayış və sair) gətirməlidir. Çünki ABŞ-da yerləşən bankın ixtiyarı yoxdur ki, müraciət edənin ölkəsinə bu barədə sorğu etsin.

Qeydiyyat zamanı sizdən hesaba pul qoymağınızı tələb edəcəklər. 1000 dollardan artıq pul qoysanız çoxlu və vaxt alıcı suallar verəcəklər. İlkin qoyduğunuz məbləğdən artıq məbləq qoymaq istəyirsinizsə, bunu növbəti günlər edə bilərsiniz.

Lisenziyanın alınması

Sonuncu mərhələdir. Ştatlarda bərbər işləmək üçün sizə lisenziya lazım olacaq. Lisenziyasız iş görmək ağır maliyyə sanksiları ilə nəticələnir. Lisenziyaların verilməsi qaydası, hər bir ştatlarda fərqlidir. Bunun üçün katibliyin saytına daxil olub, orada biznesin aparılması bölmünə daxil olmaq lazımdır. Lazım olan sənədlər həmin bölümdə göstərilir. Tələb olunan icazələrin sayı biznesin növündən asılıdır.Misal üçün: Avtomobil yuyan sex üçün əhalinin yaşayış yerinin rəhbərliyi tərəfindən yalnız icazə lazımdır. Amma vəkillik kontorunun açlışı üçün çoxlu sayda lisenziya lazımdır. Misal üçün bərəbər üçün 2 ştatda fəöəaliyyət göstərəcəksinizsə, iki ştat üzrə lisenziya almaq lazımdır. Ola bilər bir ştatda imtahan verərsiniz və bərlərlər üçün xüsusi peeşakar təşkilatın üzvü olmaq tələb olunacaq. Digərində isə bunlardan əlavə peşakar səviyyədə imtahan götürülsün. Hər bir ştat üzrə lisenziyanın yuxarıda qeyd olunduğu kimi, alınma prosesi fərqlidir.

ABŞ-da biznes fəaliyyəti üçün iş prosesi uzundur. Bunu hər hansı ixtisaslaşmış təşkilata həvalə etsəniz, qısa zamanda nəticəyə sahib olacaqsınız."

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256