DÜNYA

Amerika və Çin rəsmilərinin sanksiyalarla bağlı görüşünün vaxtı açıqlanıb
04 YANVAR
106

Amerika və Çin rəsmilərinin sanksiyalarla bağlı görüşünün vaxtı açıqlanıb

2019-01-04 13:15:00

Fins.az-ın məlumatlına görə, Çin Ticarət Nazirliyi ABŞ və Çin nümayəndə heyətinin görüşü barədə açıqlama verib. ABŞ və Çin nümayəndə heyətlərinin ölkələr arasındakı ticarətin müzakirə ediləcəyi görüşü yanvarın 7-8-də keçiriləcək."Yanvarın 4-də ikitərəfli danışıqlar aparılıb və nəticədə nazir müavininin rəhbərlik edəcəyi ABŞ nümayəndə heyətinin Çinə səfər edəcəyi qərara alınıb. Argentinanda keçirilmiş G-20 sammitində ölkə liderlərinin əldə etdikləri razılaşmalara uyğun olaraq, konstruktiv müzakirələr aparılacaq", - qurumun saytında dərc olunmuş bəyanatda deyilir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256