DÜNYA

Tbilisidə təbii qazın kommersiya tarifi artırılıb
04 YANVAR
160

Tbilisidə təbii qazın kommersiya tarifi artırılıb

2019-01-04 10:45:00

Gürcüstanın paytaxtı Tbilisidə qeyri-yaşayış obyektləri üçün təbii qazın qiyməti bahalaşıb.

Fins.az xəbər verir ki, bu barədə Tbilisini təbii qazla təmin edən “KazTransGas Tbilisi” şirkəti məlumat yayıb.

Kommersiya təşkilatları üçün təbii qazın tarifi ƏDV daxil olmaqla 1 kub metr üçün 86 tetri (0,32 dollar) müəyyən olunub. Yeni tarif bu ilin fevral ayının 4-dən etibarən qüvvəyə minəcək.

“KazTransGas Tbilisi” şirkəti təbii qazın qiymətinin artırılmasını son illər larinin dollara olan məzənnəsinin dəyişməsi ilə izah edib. Şirkətin dollarla aldığı təbii qazın dəyəri lari ilə ödənildiyinə görə, müəssisə xərclərin qarşılanmasında problemlərlə üzləşib.

Qeyd edək ki, hazırda Tbilisidə kommersiya təşkilatları üçün təbii qazın 1 kub metr üçün qiyməti 80,5 tetri (0,30 dollar) təşkil edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266