DÜNYA

Dövlət Departamenti İranı raket proqramını dayandırmağa çağırıb
04 YANVAR
165

Dövlət Departamenti İranı raket proqramını dayandırmağa çağırıb

2019-01-04 09:33:00

 Dövlət Departamenti İranın ballistik raket sınaqlarına qarşı çıxış edərək, Tehranın bu hərəkətlərlə BMTTəhlükəsizlik Şurasının qətnaməsini pozduğunu qeyd edib.

Fins.az RFeport-a istinadən xəbər verir ki, bu barədə Amerika idarəsinin məlumatında deyilir.

"Bu hərəkətlər Tehranın İran rejimini nüvə silahı daşımaq imkanında olan ballistik raketlərlə bağlı heç bir addım atmamağa çağıran BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu bir daha göstərmiş olardı", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Vaşinqton İran rejiminə sınaqları yenidən nəzərdən keçirməyi və ballistik raketlərlə bağlı bütün fəaliyyətlərinə son qoymağı tövsiyə edib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo eyni çağırışla çıxış etmiş və İranın XİN rəhbəri Cavad Zərif də onun bəyanatına cavab vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272