DÜNYA

Trampın gəlişindən sonra ABŞ-ın dövlət borcu 2 trln. dollar artıb
04 YANVAR
154

Trampın gəlişindən sonra ABŞ-ın dövlət borcu 2 trln. dollar artıb

2019-01-04 09:30:00

Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə – 20 Yanvar 2017-ci il tarixindən 2 trilyon dollardan çox artıb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin məlumatlarını təhlil edən CNN telekanalı məlumat yayıb.

Məlumata görə, respublikaçıların ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatına bu nəzarət dövrü ərzində dövlət borcu əməli olaraq 22 trilyon dollara (21,974 trln. dollar) çatıb. Başqa sözlə, dövlət borcu Trampın prezidentliyi dövründə 10 faiz çoxalıb.

Donald Tramp 2016-cı ildə aparılan seçki kampaniyası zamanı ölkənin böyük miqdarda dövlət borcu problemini iki prezidentlik dövrü və ya 8 il müddətində həll edəcəyinə vəd verib. Tramp onun islahatlarından və ticarət razılaşmalarının yenidən nəzərdən keçirilməsindən sonra ABŞ-a borcunu nağd şəkildə ödəmək imkanı verəcək iqtisadi artımın başlayacağına əminliyini ifadə edib. Respublikaçı artıq dövlət başçısı vəzifəsinə gəldikdən sonra bəyan edib ki, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarından əldə olunan pul vəsaitləri ölkənin dövlət borcunu ödəmək üçün istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264